18 July 2018

Ağcabədidə nizamnamə kapitalı 17 milyon manat olan kompleks yaradıldı

“Ağcabədi Olimpiya İdman Kompleksi” MMC dövlət qeydiyyatına alınıb.

Xudaferin.eu “Vergilər” qəzetinin xüsusi  buraxılışına istinadən xəbər verir ki, mayın 24-də dövlət qeydiyyatına  alınan Kompleksin nizamnamə kapitalı 17 mln. 412 min 728 manat təşkil edir.

Hüquqi ünvanı Ağcabədi rayonu, S.Vurğun, ev  220-də yerləşən kompleksin qanuni təmsilçisi Əyyub Həsənovdur.
 

Xudaferin.eu

Dünyanın ən qədim çörəyi tapıldı

Dünyanın ən qədim çörəyi İordaniyanın “Qara səhra” adlanan ərazisində arxeoloji qazıntılar zamanı aşkarlanıb. 

Xudaferin.eu xəbər verir ki, bunadək ən qədim çörək bişirilmə yeri Türkiyənin Çatalhöyük arxeoloji mərkəzi sayılırdı və tarixi 9 min il əvvələ gedib çıxırdı.

İndi isə dünyanın ən qədim çörəyinin 14 min il öncə ərsəyə gəldiyi müəyyənləşib.

Hər birinin içində böyük dairə şəklində daş sobaların olduğu iki bina kəşf edən tədqiqatçılar hər iki binada yanmış çörək qırıntıları tapıblar. 

Tacikistan prezidenti Azərbaycana gələcək

Tacikistan prezidenti Emoməli Rəhmon bu ilin avqustunda Azərbaycan, Özbəkistan və Türkmənistana səfər edəcək. 

Xudaferin.eu xəbər verir ki, bununla bağlı “Aziz-Plyus” Tacikistan hökumətinə istinadla məlumat yayıb. 

Məlumata görə, tacik prezident Bakıya azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti ilə gələcək. 

Azərbaycana səfərinin yekunlarına dair sazişlərin və müqavilələrin yeni paketinin imzalanması nəzərdə tutulur.

Rəhmonun səfərlərinin dəqiq tarixləri hələlik açıqlanmayıb. 

İranda “Instagram”a görə kütləvi həbslər başlayıb

İranın Bəndər Abbas şəhərində həyata keçirilən əməliyyat nəticəsində “Instagram”da “uyğun olmayan” paylaşımlarına görə 46 nəfər saxlanılıb.

Xudaferin.eu xəbər verir ki, saxlanılanlardan altısı qadındır.

Tutulanların fotoqraf, gözəllik salonları və restoran işçiləri olduğu məlum olub.

Polis İdarəsinin sözçüsü bildirib ki, onlar “mədəniyyətə zərər vermək məqsədilə” paylaşımlar ediblər.

Qeyd edək ki, İranda 2009-cu ildən etibarən “Facebook” və “Twitter” yasaqlansa da, İranın ali dini lideri Ayətullah Xameneyinin rəsmi “Twitter” hesabı var.

Xəzərin qeyri-qanuni hasarlanması ilə bağlı cinayət işi açıldı

Əmlak Məsələləri Dövlət Komitəsi ölkə üzrə Xəzər dənizinin 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrinin istifadəsi ilə bağlı monitorinq və reydlər keçirir.

Komitədən Oxu.Az-a verilən məlumata görə, reydlər nəticəsində Torpaq Məcəlləsinin 46-cı maddəsinin tələblərinin pozulması ilə bağlı paytaxtın Sabunçu, Xəzər, Suraxanı, Xətai və Qaradağ rayonlarının, eləcə də, Sumqayıt şəhərinin ərazisində Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağında mövcud olan 190 torpaq istifadəçisini əhatə edən monitorinq keçirilib.

Hindistanda musson yağışları 500 can aldı

Hindistanda yağan son 64 ilin ən güclü musson yağışları 500-dən çox insanın ölümünə səbəb olub. 

Xudaferin.eu “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı ölkənin Su Resursları üzə Mərkəzi Komissiyası məlumat yayıb. 

“Daşqınlar nəticəsində 511 nəfər həlak olub, 176 nəfər xəsarət alıb”, - məlumatda qeyd edilib. 

Bildirilib ki, əlverişsiz hava şəraiti ölkənin 91 regionuna zərər verib. 

Güclü yağışlar 55 min evin dağılmasına, 1 milyondan çox mal-qaranın tələfatına səbəb olub.

Xudaferin.eu