17 July 2018

Amaşov: KİV dövlət qeydiyyatından keçməlidir

“Kütləvi informasiya vasitələri haqqında” qanuna düzəliş edilməli, KİV-lərin təkrar qeydiyyatı aparılmalı, internet media resurslarının KİV olaraq dövlət qeydiyyatından keçmələri təmin olunmalıdır.

Oxu.Az xəbər verir ki, bunu millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov deyib.

O qeyd edib ki, Azərbaycan mediası peşəkar mediadır, ancaq suların durulmasına ehtiyac var:

Rüsumsuz gətirilən siqaret və alkoqollu içkinin həcmi azaldıldı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1194-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Xudaferin.eu xəbər verir ki, dəyişiklik Azərbaycana spirtli içki və siqaret idxalı zamanı tətbiq edilən vergi güzəştinin həcminin azaldılması ilə bağlıdır.

Ölkəyə idxal zamanı aksiz vergisindən azad olunan spirtli içkinin həcmi iki dəfə, siqaretin həcmi isə üç dəfə azaldılıb.

Bakıda qolu sarğılı qadın küçə süpürür - FOTO+VİDEO

Bakının mərkəzində qolu sarıqlı küçə süpürən qadının evi yoxdur.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, sosial şəbəkədə görüntüsü yayılan qadının əli əzildiyi üçün sarğı ilə bağlayıb.

Hazırda o inventarların yığıldığı otaqda yaşayır. 

Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən dəfələrlə bu vəziyyətdə işləməyi mümkün deyil bildirilsə də, qadın özü işləmək istədiyini deyir. 

 

Piyadalar üçün cərimələr iki dəfə artırılıb

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.

Xudaferin.eu-nun məlumatına görə, dəyişikliyə əsasən hərəkət sürətinin həddi 80 km/saat və daha artıq müəyyən edilmiş yolda piyada yolun hərəkət hissəsini piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçdiyinə görə 40 manat məbləğində cərimə ediləcək. 

Bakı meriyasında yeni - TƏYİNAT

Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunub. 

Bunu Səbail Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil Kərimov Oxu.Az-a açıqlamasında bildirib:

“Hələlik başçının səlahiyyətlərini yerinə yetirəcək”.

Xatırladaq ki, Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov baş nazirin müavini təyin olunub.

Qeyd edək ki, bu barədə ilk məlumatı Qafqazinfo.az saytı yayıb.

Oxu.az