14 July 2018

Yaponiyada leysan yağışları qurbanlarının sayı artır

Yaponiyada leysan yağışlar, torpaq sürüşmələri və daşqınlar nəticəsində  ölənlərin sayı 209 nəfərə çatıb, 20 nəfər itkin düşmüş hesab edilir.

Xudaferin.eu-nun məlumatına görə, ölkənin cənub-qərb və mərkəzi bölgələrində davam edən xilasedici əməliyyatlarda 63 min canlı qüvvə və 80 helikopter iştirak edir. 

Yaponiyada leysan yağışlar ötən həftənin ortalarından “Prapirun” qasırğasının təsiri nəticəsində meydana gəlib. 

Xudaferin.eu

Bəşəriyyət Tac-Mahalı itirə bilər

Hindistanın Ali Məhkəməsinin hakimləri hökumət dairələrin laqeydliyinə cavab olaraq Tac-Mahal kompleksinin sökülməsinə dair qərar çıxaracaqları ilə hədələyiblər.

Xudaferin.eu “ The Sydney Morning Herald”a istinadla xəbər verir ki, məhkəmə mavzoleyin inşa olunduğu ağ mərmərə vurulan ziyanın bərpasının artıq mümkün olmayacağını bildirib.

Qeyd olunub ki, məqbərənin bu hala gəlməsində ölkənin və Uttar-Pradeş ştatının hakim dairələri cavabdehlik daşıyır. 

Pakistanın sabiq Baş naziri və qızı həbs edildi

Pakistanın sabiq Baş naziri Nəvaz Şərif və qızı Məryəm Şərif Lahorun hava limanında həbs ediliblər.

Xudaferin.eu xəbər verir ki, əməliyyatı Milli anti-korrupsiya şöbəsinin əməkdaşları həyata keçiriblər. Həbs edilənlər təyyarə ilə İslamabada göndəriliblər.

Nazirlər Kabinetinin sabiq başçısı və qızı təyyarələri Pəncabın paytaxtında yerə enəndən dərhal sonra saxlanılıblar.

Pakistanda terror dalğası: 128 ölü

Pakistanın Bəlucistan əyalətində baş verən partlayışlar nəticəsində həlak olanlar sayı 128-ə çatıb.
Xudaferin.eu xəbər verir ki, terrorçu-kamikadze parlamentin aşağı palatasına seçkilər öncəsi keçirilən mitinq zamanı partlayış törədib.

Qeyd edək ki, həlak olanlar arasında Bəlucistan əyalətindən deputatlığa namizəd Nəvabzadə Sirac Raisəni də var.

MDB DİN başçıları Şurasının iclası Bakıda keçiriləcək

MDB daxili işlər nazirləri Şurasının iclası 19-21 iyul tarixində Bakıda keçiriləcək.

Xudaferin.eu xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Güc strukturlarının nümayəndələri cinayətkarlıqla mübarizəyə dair dövlətlərarası proqramların həyata keçirilməsini müzakirə edəcək, həmçinin MDB ölkələrinin daxili işlər orqanlarının əməkdaşlığını nəzərdən keçirəcəklər.

Xudaferin.eu 

 

Uşaqlıqda içdiyi alkoqola görə iranlıya 80 şallaq vuruldu

İranda kişi 10 il əvvəl qəbul etdiyi alkoqola görə hamının gözləri önündə şallaqlanıb. 

Xudaferin.eu “BBC News”a istinadla xəbər verir ki, hadisə Kəşmir şəhərində baş verib. İranlıya 80 şallaq zərbəsi vurulub. 

Məlumatlara görə, bu cəza iranlının 14-15 yaşlarında toyda alkoqol qəbul etdiyi üçün verilib. 

Hadisə 2006-2007-ci ildə baş verib. Həmin vaxt o həbs edilib və məhkəmə həmin şəxsə cəza kəsib. Cəzanın niyə 10 ildən sonra yerinə yetirildyi açıqlanmır.

Xudaferin.eu

Bu il ikinci Günəş tutulması baş verib - VİDEO

Bu il ikinci Günəş tutulması (qismən tutulma) baş verib.

Xudaferin.eu-nun məlumatına görə, günəş tutulma dünən Bakı vaxtı ilə saat 05:48:23-də başlayıb və saat 07:01:05-də maksimumda olub.

Saat 08:13:44-də sona çatıb.

Günəş tutulması (qismən tutulma) Antarktidanın şimalını, Sakit və Hind okeanları qovşağını əhatə edib.

Qeyd edək ki, 2018-ci ildə ilk Günəş tutulması (qismən tutulma) 15 fevralda baş verib. Üçüncü tutulma isə avqustun 11 də baş verəcək.

Nazim Məcidov: Bulvarda ilanın olması bizə siqnaldır

Dənizkənarı Bulvarda ilanın olması bizə xəbərdarlıqdır.

Bunu Oxu.Az-a açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov bildirib.

Onun sözlərinə görə, artıq idarə tərəfindən Elmira Ələkbərzadənin paylaşdığı video müzakirə edilib:

“Sənətçinin səmimiyyətinə inanırıq. Bulvar ərazisində təmizliklə məşğul olan əməkdaşlar bu günə kimi ilanın şahidi olmayıblar. Bilirsiniz ki, havalar isti keçir. Azərbaycanın hər yerində ilanlar var və bulvara da gəlib çıxa bilər. Bu bizim idarə üçün bir siqnal, xəbərdarlıqdır”.

Müğənnidən xəbərdarlıq: Bakı bulvarında ilanlar var! - VİDEO

Tanınmış müğənni Emma Ələkbərzadə bulvarda xoşagəlməz hadisə ilə rastlaşıb.

Xudaferin.eu xəbər verir ki, ifaçı bu barədə sosial media hesabında məlumat verib.

O, bildirib ki, dənizkənarı parkın yeni salınmış Bayıl ərazisində gəzərkən qara böyük ilanla qarşılaşıb. Sənətçi həmin anları lentə alaraq “Instagram” hesabında paylaşıb və insanlara xəbərdarlıq edib.

ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləyir

ABŞ Dövlət Departamenti Avropada Rusiya qazına rəqabət yarada biləcək “Cənub Qaz Dəhlizi” layihəsini qətiyyətlə dəstəkləyir. 

Xudaferin.eu xəbər verir ki, bu sözləri “RİA Novosti”yə açıqlamasında ABŞ Departamentinin energetika üzrə bürosunun  nümayəndəsi Vinsent Kampos deyib.  

“ABŞ “Şimal axını - 2” layihəsinə qarşıdır”, - Kampos bildirib. Onun sözlərinə görə, bu layihə Avropada ümumi enerji təhlükəsizliyini və sabitliyi pozacaq, xüsusilə, Ukraynaya ciddi təsir edəcək.