13 July 2018

Türkiyədə fövqəladə vəziyyətin ləğvi tarixi açıqlandı

Türkiyədə fövqəladə vəziyyət iyulun 17-də ləğv ediləcək. 

Xudaferin.eu Türkiyə mətbuatına istinadla xəbər verir ki, fövqəladə vəziyyət ləğv edildikdən sonra ölkədə terrorçuluqla mübarizə üçün yeni qanun qəbul olunacaq. 

Bundan əvvəl Türkiyədə fövqəladə vəziyyətin iyulun 19-da ləğv ediləcəyi bildirilmişdi. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində qələbə qazanacağı təqdirdə fövqəladə vəziyyətin ləğvi məsələsinə baxacağını bəyan etmişdi.

Xudaferin.eu

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları ləğv etməyəcək

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bəyan edib ki, rəhbərlik etdiyi qurumun Şimali Koreyaya qarşı tətbiq edilən sanksiyaları ləğv etmək planları yoxdur.

Xudaferin.eu “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Mnuçin Nümayəndələr Palatasında çıxışı zaman bildirib.

“KXDR-in ABŞ-ın sanksiyalarının ləğvi üçün hansı addımları atacağına və ya atmayacağına dair fikir bildirməyəcəm. Lakin mətbuatda yazılanlara inanmayın”, - Mnuçin deyib.

“Gülənçi”lər Azərbaycandan və Ukraynadan Türkiyəyə gətirildilər

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) əməkdaşları Fətullah Gülən terror təşkilatının (FETÖ) iki üzvünü Azərbaycan və Ukraynadan Türkiyəyə gətiriblər.

Xudaferin.eu “Anadolu”ya istinadla xəbər verir ki, Türkiyəyə gətirilənlər Gülən hərəkatının Azərbaycan üzrə “xəzinədar”ı və Gülən tərəfdarlarının Türkiyənin Mersin əyaləti üzrə “imamı”dır. 

İrandan neft alan ölkələr ABŞ-ın qəzəbinə gələcəklər

ABŞ bu ölkənin mövqeyinə zidd olaraq, İran neftini almaqda davam edən istənilən ölkəyə, o cümlədən Rusiya, Çin və digər dövlətlərə sanksiya tətbiq etməyə hazırdır.

Xudaferin.eu “RİA Novosti”yə istinadla xəbər verir ki, bu fikri ABŞ-ın maliyyə naziri Stiven Mnuçin konqresdə dünya maliyyə sistemi haqqında illik dinləmələr zamanı səsləndirib.

Misirdə kütləvi edam hökmü çıxarıldı

Misirin İsmailiyə şəhərinin Cinayət məhkəməsi əyalətin mərkəzi həbsxanasından kütləvi qaçışda iştirak etdiklərinə görə 13 nəfər barəsində edam hökmü çıxarıb.

Xudaferin.eu-nun verdiyi xəbərə görə, sözügedən hadisə 2016-cı ildə baş verib və yerli mətbuat tərəfindən “böyük qaçış” adlandırılıb.

Adi canilərlə bərabər zindandan həmçinin İŞİD terror təşkilatının Sinay yarımadasında fəaliyyət göstərən qolunun 4 üzvü də qaçıb.

Hüquq mühafizə orqanları qaçanların çoxunu təkrarən həbs etsə də, onlardan 6-sını tapmaq mümkün olmayıb. 

Pompeo İŞİDlə mübarizədə NATO-nun artan rolundan danışdı

ABŞ-ın Dövlət katibi Mayk Pompeo Brüsseldə keçirilən NATO sammiti zamanı İraqın Baş naziri Heydər Əl-Əbadi ilə görüşüb.

Xudaferin.eu xəbər verir ki, tərəflər İraqdakı vəziyyəti, o cümlədən İŞİD terror təşkilatına qarşı mübarizəni müzakirə ediblər.

Dövlət Departamentinin məlumatında deyilir ki, “Pompeo İraq xalqına və İŞİDə qarşı ümumi mübarizəyə dəstəyi ifadə edib”.

Pompeo həmçinin alyansın sammit zamanı İraq üçün müəyyən etdiyi təlim missiyasını da alqışlayıb.