12 July 2018

Serj Sarkisyanın qardaşı oğlu həbs edildi

Yerevan məhkəməsi Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qardaşı oğlu Ayk Sarkisyan barədə həbs qərarı çıxarıb.

Xudaferin.eu “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Daha öncə Ermənistanın Baş prokurorluğu eks-prezidentin qardaşı oğlunun şübhəli şəxs qismində keçdiyi sui-qəsd haqqında cinayət işini yenidən icraata almaq haqqında qərar qəbul etmişdi.

Xudaferin.eu

Sarkisyan tərəfdarının ailələri Ermənistandan qaçır

Ermənistanın Eçmiədzin şəhərinin sabiq meri, general Manvel Qriqoryanın oğlu Karen Qriqoryanın ailəsi Soçiyə köçüb. 

Xudaferin.eu xəbər verir ki, bununla bağlı “Joxovurd” qəzeti öz mənbəsinə istinadla məlumat yayıb. 

Məlumatlara görə, köçün səbəbi Qriqoryan ailəsinin ifşası və general Manvel Qriqroyanın həbsi olub. 

Cinayət işində müttəhim kürsüsündə Manvelin həyat yoldaşı Nazik Amiryan da əyləşib. 

Pakistanda partlayış: Ölənlər var

Pakistanın Pişəvər şəhərində baş verən terakt zamanı azı 20 nəfər həlak olub. 

Xudaferin.eu xəbər verir ki, bununla bağlı “Geo News” məlumat yayıb. 

Partlayış iyulun 10 axşam saatlarında Hayber-Paxtunxva bölgəsinin ərazisində baş verib. Hadisə zamanı terrorçu-kamikadzə özünü partladıb. Məlumatlara görə, partlayış nəticəsində 62 nəfər yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır. 

Ölənlər arasında “Avami milli partiyası”nın lideri Harun Əhməd Bilur və oğlu da var. 

Terror aktını hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Azərbaycanda əmək haqqı artıb

2018-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq 1545,4 min nəfər olub.

Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, onlardan 886,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 658,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Türkiyədə təhlükəli PKK terrorçusu yaralı halda ələ keçdi

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcılarının Şırnak vilayətinin Beytüşşebap rayonunda zərərsizləşdirdiyi terrorçulardan biri PKK terror təşkilatına məxsus axtarışda olan şəxsdir.

Xudaferin.eu xəbər verir ki, terror aktı hazırladıqları halda pilotsuz aparatlar tərəfindən təsbit edilərək bombalanaraq zərərsizləşdirilən terrorçulardan ikisi ölü, biri yaralı halda ələ keçirilib. Araşdırma zamanı müəyyən olunub ki, yaralı terrorçu “Mehmet Goyi” ləqəbli Kadri Bayramdır. O, bir sıra cinayətlərdə iştirak etdiyi üçün axtarışda olub.

NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə təşkilatın Brüsseldə 11-12 iyul tarixlərində keçirilən 29-cu sammitində iştirak edən dövlət və hökumət başçıları tərəfindən qəbul edilən yekun bəyannamədə deyilir.

Bəyannamədə bildirilir: “Biz bütün tərəfdaşlarımızın xarici təzyiq və məcburiyyət olmadan xarici siyasət və təhlükəsizlik siyasəti üzrə müstəqil və suveren seçim etmək hüququnu dəstəkləməyə davam edirik”.

İranda benzindaşıyan maşın avtobusa çırpıldı: Ölənlər var—FOTO

İranın Senendec şəhərində benzindaşıyan maşının avtobusla toqquşması nəticəsində azı 27 nəfər həlak olub. 

Xudaferin.eu bununla bağlı “Mehr” agentliyinə istinadla məlumat yayıb. 

Qəza nəticəsində benzindaşıyan maşının və avtobusun yandığı bildirilib. 

Şahidlərin sözlərinə görə, benzindaşıyan maşın sərnişinləri götürmək üçün dayanmış avtobusa çırpılıb. 

Xudaferin.eu