09 July 2018

Özbəkistanda azərbaycanlı şairlərlə görüş keçirilib

Özbəkistanda Əlişir Nəvai adına Milli Kitabxanada tanınmış Azərbaycan şairləri Səlim Babullaoğlu və Əjdər Ol ilə görüş keçirilib.

Xudaferin.eu xəbər verir ki, görüşdə çıxış edən şairlərimiz iki qardaş xalq arasında qədim köklərə malik mədəniyyət, ədəbiyyat əlaqələrinin bu gün daha da inkişaf etdiyini bildiriblər.

Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığının davamı olan müasir şair və yazıçılarımızın, ədəbiyyatşünaslarımızın sıx əməkdaşlığının gələcək nəsillər üçün də örnək olacağını söyləyiblər.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin Avropa ölkələrinə ilk səfəri başlayır

İyulun 10-da Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Avropa ölkələrinə ilk rəsmi səfərə yola düşür. Komitə sədri 4 ölkədə - Fransa, Almaniya, Rumıniya və Ukraynada bir sıra rəsmi şəxslərlə, eyni zamanda, həmin ölkələrdə yaşayan azərbaycanlılarla və diaspor təşkilatlarının nümayəndələri ilə görüşəcək. Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Yaponiyada təbii fəlakət qurbanlarının sayı artır - YENİLƏNİB

Yaponiyada 100-dən çox insan leysan yağışlar və torpaq sürüşməsi nəticəsində həlak olub. 50 nəfərin taleyi ilə bağlı heç bir məlumat yoxdur. 

Xudaferin.eu xəbər verir ki, bununla bağlı BBC News məlumat yayıb. 

Məlumatlara görə, iyulun 5-dən başlayan güclü yağış aylıq normadan 3 dəfə çox olub. Hökumət 2 milyon sakinə evakuasiya olunma əmri verib. 

Xilasedicilər insanların axtarışını davam etdirir. Qeyd edilib ki, güclü yağışlar ən çox Xirosima prefekturasına ziyan vurub. 

Xudaferin.eu

Türkiyədə qatar aşdı: Ölənlər və yaralılar var—VİDEO

Türkiyənin Çorlu şəhəri (Tekirdağ əyaləti) yaxınlığında Uzunköprüdən Halkalıya gedən sərnişin qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 24-ə çatıb.

Xudaferin.eu-nun məlumatına görə, bu barədə Türkiyə baş nazirinin müavini Rəcəb Akdağ bildirib.

Məlumata əsasən, Çorlu yaşayış məntəqəsi yaxınlığında baş verən qəzaya leysan yağışların yağması nəticəsində relslərin altındakı torpağın yuyulması olub.

Bu gün Ərdoğanın and içmə mərasimi gerçəkləşəcək

Bu gün Türkiyə Böyük Millət Məclisində Rəcəb Tayyib Ərdoğanın inaqurasiya mərasimi keçiriləcək. 

Xudaferin.eu Türkiyə KİV-ə istinadla xəbər verir ki, Beştəpədə “Prezidentin vəzifəsinə başlama mərasimi” baş tutacaq. 

Mərasimdə 22 dövlət başçısı və 28 ölkədən nümayəndə iştirak edəcək. Ümumilikdə, tədbirə 10 min insan qatılacaq. Azərbaycanı bu mərasimdə baş nazir Novruz Məmmədov təmsil edəcək.

Təbdirin sonunda 101 top atışı həyata keçiriləcək və gələn qonaqlara xüsusi hazırlanmış 1 lirəlik əskinazlar təqdim olunacaq. 

Deputat: Ali təhsil vacib şərt deyil

Biz hələ də keçmiş stereotiplərdən uzaqlaşmamışıq. Böyük əksəriyyət hələ də belə düşünür və fikirləşir ki, ali təhsilin, diplomun yoxdursa, sən heç nəsən, cəmiyyətdə sənin yerin, hörmətin, nüfuzun olmayacaq. Nə olursa, nə yolla olursa, olsun, mütləq ali təhsil almalısan, diplom qazanmalısan. Bu, çox yanlış və zərərli düşüncədir. Bir çox problemlərimizin, xüsusilə də, mənəvi problemlərimizin kökündə çox zaman elə bunlar dayanır.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, şair Tahir Rzayev deyib.

Azərbaycanın hazırda neçə ölkədə diplomatik korpusu var?

Ötən illər ərzində diplomatik təmsilçiliyimizin coğrafiyası genişlənib. Azərbaycanın 70 səfirliyi və diplomatik ofisi, beynəlxalq təşkilatlar yanında 5 nümayəndəliyi, 9 baş konsulluğu və 14 fəxri konsulluğu fəaliyyət göstərir. Azərbaycanda 65 ölkənin səfirliyi, 20 beynəlxalq təşkilatın nümayəndəliyi və 12 fəxri konsulluq akkreditasiya olunub. Son olaraq Portuqaliya, Venesuela, Peru və Kosta-Rikanın Azərbaycanda səfirlikləri açılıb. Həmçinin ölkəmizdə 4 baş konsulluq fəaliyyət göstərir.

Yaponiyada leysanlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 80-ə çatıb

Yaponiyanın qərbində davam edən leysanlar və torpaq sürüşməsi azı 80 nəfərin ölümünə səbəb olub. Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Xudaferin.eu Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, ölkənin 19 regionunda baş verən təbii fəlakət nəticəsində 40-dan çox insan itkin düşüb.

Yaponiya hökumət sözçüsü Yoşihide Suga axtarış xilasetmə işlərinə 54 min nəfərlik mülki müdafiə, sahil təhlükəsizlik, polis və yanğınsöndürmə briqadalarının cəlb olunduğunu açıqlayıb.

ATƏT PA-nın sessiyasında Dağlıq Qarabağın Ermənistanın işğalı altında olması məsələsi qaldırılıb

Berlində Reyxstaqın binasında (Almaniya Bundestaqının iqamətgahında) Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyasının plenar iclasında ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev dondurulmuş münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həllində ATƏT-in Minsk qrupunun qeyri-effektivliyi məsələsini qaldırıb.