08 July 2018

Azərbaycanın stronqmen idmançıları Tbilisidə uğurla çıxış ediblər

Tbilisidə idmanın stronqmen növü üzrə beynəlxalq turnir keçirilib.

Azərbaycan idmançıları bu turnirdə uğurla çıxış edərək bir gümüş və bir bürünc medal qazanıblar.

Azərbaycan, Ukrayna, Gürcüstan və Ermənistan idmançıları bu turnirdə 105 kiloqrama qədər və 105 kiloqramdan çox çəki dərəcələrində mübarizə aparıblar. Ölkəmiz turnirdə 3 idmançı ilə təmsil olunub.

Cümhuriyyət-100: Xüsusi missiya və yaxud yerli bolşeviklərin satqınlığı nəticəsində baş tutmayan plan

Xalq Cümhuriyyətinin süqutunun qarşısını almaq üçün xüsusi missiya ilə Qroznı şəhərinə yola düşən Əhməd bəy Pepinov hər cür vəchlə bolşevik Rusiyasının işğal planını ləngitməli idi. Əsas məqsəd vaxt qazanmaqla Azərbaycan ordusunun Qarabağ, Gəncə və Lənkəranda olan əsgərlərini müdafiə məqsədilə ölkənin şimalına və paytaxta cəlb etmək idi. Lakin Cümhuriyyət hökumətində təmsil olunan bolşeviklərin satqınlığı nəticəsində bu plan baş tutmadı.