07 July 2018

ABŞ mühacirləri aldatdı

Gələcəkdə vətəndaşlıq almaq üçün xüsusi proqram üzrə ABŞ ordusuna yazılan mühacirləri hərbi qulluqdan kənarlaşdırmağa başlayıblar.

Bu barədə Xudaferin.eu “Associated Press”ə istinadla xəbər verir.

ABŞ ordusuna xüsusi proqram (vətəndaşlıq müqabilində xidmət) üzrə qəbul edilən ən azından 40 nəfər qulluqdan kənarlaşdırılıb.

Hazırda onların statusu qeyri-müəyyəndir.

Prezident yeni fond yaratdı

Azərbaycan Prezidenti İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında fərman imzalayıb.

Bu barədə Xudaferin.eu Dövlət başçısının rəsmi saytına istinadla məlumat verir. 

Fərmana əsasən, fond Diasporla İş üzrə Dövlət Komitəsi nəzdində hüquqi şəxs statusuna malikdir.

Prezident İlham Əliyev həmçinin fondun nizamnaməsini də təsdiq edib.