06 July 2018

Köstəbək kimi kölgədə gizlənmiş nurçuluq

Dünyada baş verən qlobalizm siyasətin tərəfdarları mümkün qədər kölgədə gizlənmək taktikasına üz tutmuşlar. Ona görə ki, milli dövlət olma sisteminin tərəfdarları başda Donald Tramp olmaqla əksər dövlətlərdə hakimiyyətdə təmsil olunurlar. Qlobalçılar və antiqlobalçılar dünyanın siyasi, etnik, iqtisadi və sosial mənzərəsinin maddi tərəflərini hesablayaraq, uzun illərdir bu istiqamətdə barışmaz mövqedə yer almışlar.

Tehran Universitetinin müəllimi: İran Sovet İttifaqı kimi dağılacaq

 

Tehran Universitetinin müəllimi İlahə Kolayi İrandakı siyasi-iqtisadi vəziyyəti keçmiş Sovet İttifaqının son illəri ilə müqayisə edərək İranın o istiqamətdə hərəkət etdiyini bildirib. Bu barədə Tehran Universitetinin Hüquq və Siyasi Elmlər Fakültəsinin müəllimi öz Twitter səhifəsində məlumat yayıb.

Gürcüstanda “Azərbaycan qadını” adlı filminin çəkilişlərinə başlanılıb.

 

2008-ci ildə Gürcüstanda baş verən müharibədə real hadisələrdən bəhs edən filmin əsas süjet xəttini azərbaycanlı qadının xüsusi qəhrəmanlıq göstərərək uşaqları xilas etməsi təşkil edir. Ssenari müəllifi Mehman İsgəndərov, rejissoru Georgi Kikaleişvili olan filmdə azərbaycanlı və gürcü aktyorlar rol alıblar. Ekran əsərinin qəhrəmanı olan azərbaycanlı qadın hazırda həyatda olmasa da, onun yaratdığı həyat hekayəsi izsiz itməməli və gələcək nəsillərə ötürülməlidir.

“Arşın mal alan” Özbəkistan səhnəsində

 

Özbəkistanın başkəndi Daşkənddəki Satira Teatrında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediya tamaşasının özbək türkcəsində  təqdimatı olub. Tamaşada Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.

Quruluşçu rejissoru Özbəkistanın xalq artisti Bahadur Yuldaşev olan tamaşada əsas rolları Səncər Səttarov, Bekzad Şoymetov, Xuvayda Cumaeva və başqaları ifa ediblər. Musiqi tərtibatçısı isə Özbəkistanda tanınan saz ifaçısı, soydaşımız İlham Abdullayevdir.

Görkəmli opera müğənnisi Yusif Eyvazov Parisdə “Trubadur” operasında çıxış edib

 

Azərbaycanın xalq artisti Yusif Eyvazov iyulun 5-də və 11-də Parisdə Bastiliya Opera Teatrının səhnəsində Cüzeppe Verdinin “Trubadur” operasında çıxış edib. Yusif Eyvazov səhnə əsərində Manrikonun partiyasını ifa edib.
Qeyd edək ki, sənət karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabında yer alıb.

 

ABŞ-da azərbaycanlı istedadların iştirakı ilə klassik musiqi gecəsi keçirilib

 

Amerika Birləşmiş Ştatlarının Müstəqillik Günü münasibətilə Çikaqo şəhərində gənc azərbaycanlı istedadların klassik musiqi gecəsi keçirilib. Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi tərəfindən təşkil olunmuş tədbir Türk Amerika Mədəniyyət Alyansının binasında keçirilib.