02 July 2018

Malidə fransalı hərbçilərə hücum olunub: 6 ölü

Malinin şimalında Fransa hərbçilərinə hücum olunub.

Xudaferin.eu-nun RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, naməlum şəxslər fransalı hərbçilərin olduğu zirehli avtomobil yoldan keçərkən onun yaxınlığında partlayış törədilib.

Partlayışdan sonra hərbçilər və silahlılar arasında atışma başlayıb.

Məlumata əsasən, hadisə nəticəsində 6 fransalı hərbçi həlak olub, 2 dinc sakin ağır yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Xudaferin.eu

Torontoda atışma olub: ölənlər var

Kanadanın Toronto şəhərində atışma baş verib, nəticədə 2 nəfər ölüb.

Xudaferin.eu-nun məlumatına görə,  bu barədə CTV telekanalı məlumat yayıb.

İnsident nəticəsində daha bir nəfər yaralanıb.

Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir. Cinayətkarların hadisə yerindən qaçdığı bildirilir.

Hadisə yerinə xeyli sayda polis əməkdaşları cəlb edilib, araşdırma aparılır.

Xudaferin.eu

Meksika prezidentini seçdi

Meksikada prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Xudaferin.eu “RİA Novosti”yə istinadla xəbər verir ki, seçkilərdə “Birlikdə tarix yaradaq” sol koalisiya qüvvələrindən prezidentliyə namizəd Andres Manuel Obrador 46,9 faiz seçici səsi toplayıb.

Obradorun üç rəqibinin hər biri onu seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib.

Artıq bir sıra dövlət başçıları Andres Manuel Obradoru seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib.

Xudaferin.eu

Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başladı - FOTO/VİDEO

İyulun 2-də Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Sabah olan hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında iyulun 3-də hava şəraitinin günəşli olacağı gözlənilir.

Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-27, gündüz 40-43, Bakıda gecə 25-27, gündüz 40-42 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 50-60, gündüz 25-35 faiz təşkil edəcək.

Əbülfəs Qarayevdən yeni təyinatlar

Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda şöbə müdiri vəzifələrinə kadr təyinatları həyata keçirilib.

Xudaferin.eu-nun məlumatına görə, nazir Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən, İsmayıl Hüseynov nazirliyin İncəsənət şöbəsinin müdiri təyin edilib. 

Nazirlikdə Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə Cahangir Məmmədov təyin olunub.

Yeni yaradılan Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsi isə Yusif Səfərova havalə olunub.

100 yaşlı Azərbaycan polisinə yubiley töhfəsi—VİDEO

Azərbaycan polisinin 100 illik yubileyi və polis günü münasibətilə təntənəli mərasim keçirilir.

Xudaferin.eu-nun xəbərinə görə, Azərbaycan polisinin 100 illiyi ərəfəsində ölkə polisi haqqında yeni marş yazılıb.

Sözləri Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşı, polis kapitanı Elşad Hacıyevə aid olan marşın bəstəkarı Aydan Əliyevadır.

Aranjemanı BŞBPİ-nin əməkdaşı, polis mayoru Xəyal Məmmədov edib. Marşı Dövlət Musiqili Komediya Teatrının solisti Səməd Xasıyev ifa edib.

“Rosbalt”: Azərbaycan arsenalı öldürücü silahlarla təmin olunacaq

Ermənistan Azərbaycandan qorxduğunu gizlətmir. 

Xudaferin.eu xəbər verir ki, bu məlumat Rusiyanın “Rosbalt” analitik-informasiya agentliyində yerləşdirilib. 

“Azərbaycanın hərbi potensialı ilə tanış olan və heç olmasa, paradda nümayiş olunan silahları müşahidə edən hər kəs bu fikirlə razılaşa bilər.

Paşinyan orduya müharibəyə hazırlıq əmri verdi

Ermənistan baş naziri Nikol Paşinyan ölkəni Qarabağda istənilən ssenariyə hazır olmağa çağırıb. 

Xudaferin.eu Ermənistan mətbuatına istinadla xəbər verir ki, Ermənistan baş naziri bu fikirləri erməni jurnalistlərlə görüşündə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti şərh edərkən deyib. 

“Biz artıq demişik ki, Azərbaycan tərəfinin bəyanatına əsasən, sərhəddə genişmiqyaslı təlimlər keçiriləcək. 

Düşünürəm ki, bizim silahlı qüvvələrimiz istənilən ssenariyə hazır olmalıdırlar və bununla bağlı əmr vermişəm”, - baş nazir bildirib.