11 June 2018

Novruz Məmmədovun ilk xarici səfəri

Azərbaycanın Baş naziri Novruz Məmmədov Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyi münasibətilə keçiriləcək təqdimat mərasimində iştirak etmək üçün Fransanın paytaxtı Paris şəhərinə səfərə yola düşüb.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verib.

Qeyd edək ki, N.Məmmədov aprelin 21-də Azərbaycanın Baş naziri təyin edilib. Fransaya səfər N.Məmmədovun bu vəzifədə xarici ölkəyə ilk səfəridir. 

Xudaferin.eu

Cəbhədən xəbər var

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 97 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Pambıq sahəsində zəhərlənənlərin sayı artıb

Saatlının Sımada kəndi ərazisində pambıq sahəsində baş verən zəhərlənmə hadisəsi ilə bağlı dörd nəfər Bakı Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə yerləşdirilib.

Bu barədə Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib. 

Onun sözlərinə görə, Saatlının Sımada kəndi ərazisində pambıq sahəsində baş verən zəhərlənmə hadisəsi ilə bağlı 24 nəfər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib: 

Yaponiya ABŞ təyyarələrinin uçuşuna qarşı çıxdı

Okinava rəhbərliyi dünən keçirilən təlim zamanı qırıcının qəzaya uğraması hadisəsinin araşdırılması səbəbindən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15 təyyarələrinin uçuşlarının dayandırılmasını tələb edib. 

Xudaferin.eu TASS agentliyinə istinadla xəbər verir ki, bu bəyanat ABŞ Silahlı Qüvvələrinin yerli komandalığına təqdim olunub. 

TANAP Azərbaycana nə verəcək və bu, kimə sərf etmir?

Trans-Anadolu qaz kəmərinin (TANAP) açılışı möhtəşəm iqtisadi hadisədir. 

Bu mühüm hadisə ərəfəsində Oxu.Az bununla bağlı bəzi maraqlı suallara cavab tapmaq üçün iqtisadi şərhçi Fuad Əlizadəyə müraciət edib:

- İyunun 12-də açılışı gözlənilən TANAP son illər mütəmadi olaraq müxtəlif ekspertlərin və jurnalistlərin müzakirə mövzusu olub. Nə baş verir? 

Leysan, yağış, dolu - HAVA DƏYİŞİR

Bakıda və Abşeron yarımadasında iyunun 12-si səhərdən 13-ü səhərədək şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında da iyunun 12-də və iyunun 13-ü gündüzədək qeyri-sabit hava şəraiti müşahidə olunacaq. 

Trampın pis vərdişi açıqlandı

ABŞ prezidenti Donald Tramp rəsmi sənədləri xırda hissələrə parçalamağı xoşlayır. Daha sonra Ağ Ev əməkdaşları həmin parçaları yapışqanla birləşdirir. 

Xudaferin.eu xəbər verir ki, bununla bağlı “Politiko” nəşri prezident dəftərxanasının sabiq əməkdaşlarına istinadla məlumat yayıb. 

Onlar bildiriblər ki, bu ABŞ prezidentində vərdişdir. Ağ Ev əməkdaşları hissələri yapışdırır ki, sonradan onları qanunu pozmaqda ittiham etməsinlər. 

İki güləşçimiz Avropa birincisi oldu

Türkiyənin İstanbul şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatına yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, Azərbaycan güləşçiləri ikisi qızıl olmaqla, ümumilikdə yeddi medal qazanıblar.

Doxsan iki kiloqram çəki dərəcəsində yarışan sərbəst güləşçimiz Şamil Zubairov dörddəbir finalda Rusiya, yarımfinalda isə Ermənistan təmsilçisini məğlub edib, idmançımız finalda Gürcüstan güləşçisi İrakli Mtsituri ilə qarşılaşıb. O, qızıl medal uğrunda görüşdə gürcüstanlı rəqibinə tam üstünlüklə (8:1) qalib gəlib.

Tbilisidə həbslər davam edir

Gürcüstan polisi Tbilisinin mərkəzində etiraz aksiyası keçirən şəxslərdən daha üçünü saxlayıb. 

Xudaferin.eu “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı jurnalistlərə mitinq iştirakçıları məlumat verib. 

Dünən Tbilisidə etiraz aksiyaları yenidən başlayıb. Nümayişçilər ötən ilin dekabrında öldürülən iki yeniyetmənin işinin ədalətli aparılmasını tələb ediblər. 

ABŞ-da təyyarə qəzası: pilot və sərnişinlər öldü

ABŞ-ın Viskonsin ştatında yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində pilot və üç sərnişin həlak olub. 

Xudaferin.eu NBC telekanalına istinadla xəbər verir ki, Cessna 182 təyyarəsi Çikaqodan havaya qalxıb və Monro aeroportuna doğru hərəkətdə olub.

Enişə az qalmış təyyarə yerə çırpılıb. 

Qəzadan sonra təyyarədə güclü yanğın baş verib. Yanğın söndürüldükdən sonra üç nəfərin cəsədi aşkar edilib. 

Hadisənin səbəbləri məlum deyil. 

Xudaferin.eu

İsrail ordusu “Həmas”ın tunelini məhv etdi

İsrail ordusu “Həmas” qruplaşmasının hərbi dəniz bazasına zərbələr endirib və dəniz tunelini məhv edib. 

Xudaferin.eu xəbər verir ki, bununla bağlı İsrail ordusunun “Twitter” hesabında məlumat yerləşdirilib. 

Məhv edilmiş tunel “Həmas” silahlılarına İsrail əsgərlərinə görünmədən Qəzza sektorunun sahillərində yerləşən bazanı tərk etməyə imkan verirdi. 

Xudaferin.eu