10 June 2018

G7 ölkələrinin Liderlər Zirvəsi başa çatıb

Dünyanın ən böyük iqtisadiyyatı olan G7 ölkələrinin Kanadanın Charlevoix bölgəsində keçirilən Liderlər Zirvəsi başa çatıb.

Xudaferin.eu Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, zirvənin bağlanışı münasibətilə keçirilən mətbuat konfransında çıxış edən Kanadanın Baş naziri Justin Trudeau bütün liderlərin ortaq bir kommunike qəbul etdiklərini söyləyib.

Şimali Koreya lideri Sinqapurun Baş naziri ilə görüşəcək

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının Sədri Kim Çen In ABŞ Prezidentli Donald Tramp ilə görüşdən əvvəl Sinqapurun Baş naziri Li Hsyen-lun ilə görüşəcək.

Xudaferin.eu Yonhap agentliyinə istinadla xəbər verir ki, bu barədə Sinqapur Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüşün iyunun 10-da keçirilməsi planlaşdırılsa da, dəqiq vaxtı və yeri barədə məlumat verilmir.

Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Qırğızıstana keçib

Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik rotasiya qaydasında Çindən Qırğızıstana keçib.

Xudaferin.eu xəbər verir ki, Qırğızıstan iyunun 9-10-da ŞƏT-in Çindao şəhərində keçirilən 18-ci zirvə görüşündən sonra təşkilata bir il müddətinə sədrlik edəcək. ŞƏT-in növbəti zirvə görüşü də 2019-cu ildə Qırğızıstanda keçiriləcək.

Qeyd edək ki, 2001-ci ildə yaradılan təşkilata hazırda 8 dövlət – Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacıkistan, Özbəkistan, Pakistan və Hindistan üzvdür.

Azərbaycan təşkilatda dialoq üzrə tərəfdaş statusu ilə təmsil olunur.

“Facebook” yenə də günahlandırılır

“Facebook” bir sıra şirkətlərlə məxfi tərəfdaşlıq razılaşmasını dəstəkləyərək yenə də istifadəçilərin məlumatlarına çıxış imkanı verir.

Xudaferin.eu Lenta.ru-ya istinadla xəbər verir ki, “ağ siyahı” bir sıra şirkətlərə qeydiyyatdakı istifadəçilərin dostları, onların telefon nömrələri haqqında ətraflı məlumat verir.

Tərəfdaş-şirkətlər arasında Royal Bank of Canada və Nissan Motor Company-nin adları hallanır.

Jurnalistlər qeyd edir ki, “Facebook” hələ 2015-ci ildə bu məlumatlara çıxışı bağlamağı vəd etsə də, sözünü tutmadı.

İranda terrorçu qrup zərərsizləşdirilib

İranın Qərbi Azərbaycan əyalətində terrorçular və SEPAH arasında atışma olub.

Xudaferin.eu Tasnim agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində 7 terrorçu zərərsizləşdirilib. Onlardan bir neçə nəfəri öldürülüb.

SEPAH-ın “Həmzə Seyyduş-Şühəda” quru qoşunları qərargahının yaydığı məlumata görə, cümə axşamı bir qrup terrorçu İraqın şimalından İran ərazisinə soxulmağa cəhd edib. SEPAH-ın müdaxiləsi nəticəsində cəhdin qarşısı alınıb.

Oşnəviyə sərhəd keçid məntəqəsi yaxınlığında zərərsizləşdirilən terrorçulardan xeyli sayda silah götürülüb.