08 June 2018

Tramp Şimali Koreyaya qarşı yeni sanksiyaları ertələdi

ABŞ hələlik Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq etməməyi qərara alıb.

Xudaferin.eu “Reuters”ə istinadən xəbər verir ki, bunu Tramp Ağ Evdə Yaponiya baş naziri Sindzo Abe ilə keçirdiyi görüşdə bildirib.

“Biz əvvəlki sanksiyaları qaldıra bilmərik. Onlar son dərəcə effektivdir. Əlavə sanksiyalar da tətbiq edə bilərdim, ancaq hələlik bunu etməməyə qərar verdim.Habelə gələcəkdə bu həyata keçə bilər”, -deyə Tramp diqqətə çatdırıb.

Mnatsakanyan: Yerevan Azərbaycanın AİB-ə üzv olmasına qarşı çıxacaq

Ermənistan Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olmasına qarşı çıxacaq.

Xudaferin.eu xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan “Kommersant” qəzetinə verdiyi müsahibədə bildirib.

Jurnalist bir çox siyasi şərhçilərin Bakının  müşahidəçi statusu almaq üçün təşkilata ərizə ilə mürəciət edə biləcəyi ehtimalını irəli sürdüyünü söyləyib və belə olacağı təqdirdə Ermənistanın hansı mövqe tutacağını öyrənməyə çalışıb.

İranda terrorçu dəstə zərərsizləşdirilib

İranın təhlükəsizlik qüvvələri ölkənin qərb və cənub-qərb bölgəsində terrorçu qruplaşma üzvlərini həbs edib.

Xudaferin.eu “Təsnim” agentliyinə istinadən xəbər verir ki, ölkənin kəşfiyyat naziri Mahmud Ələvi bu barədə açıqlama verib.

Onun sözlərinə görə, terrorçu dəstələr ifşa olunaraq aparılan xüsusi əməliyyatlar nəticəsində zərərsizləşdirilib.

Nazir külli miqdarda silah-sursat və parltayıcı maddələrin müsadirə olunduğunu diqqətə çatdırıb.

Xudaferin.eu

Türkiyə İraqı müharibə ilə hədələdi

Əgər Bağdad terrorçuluqla bağlı problemi həll etməsə, Türkiyə İraqın üç şəhərində hərbi əməliyyatlara başlaya bilər. 

Xudaferin.eu xəbər verir ki, bu sözləri CNN Türk telekanalına müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Ankara terrorçuların əsas sığınacağı olan Sincar, Qəndil və Mahmura zərbələr endirə bilər. 

Martın ortalarında Ərdoğan bəyan etmişdi ki, İraqın şimalındakı kürd qruplaşmaları məhv etmək niyyətindədilər. 

Qvatemala dünyadan yardım istədi

Qvatemala hökuməti Fueqo vulkanının püskürməsinin nəticələrinin aradan qaldırılmasında dünya ölkələrindən yardım istəyib. 

Xudaferin.eu “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, müraciət ölkənin Xarici İşlər Nazirliyi tərəfindən yayımlanıb. 

“Qvatemala hökuməti XİN vasitəsilə məlumat verir ki, Fueqo vulkanının püskürməsinin nəticələrinin aradan qaldırılması üçün ölkənin təbii fəlakətlərin nəticələrinin azaldılması üzrə milli xidməti dünya ölkələrinə müraciət edib”, - məlumatda deyilir.

Xaçmazda təbiətə 709 manat ziyan vurulub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları  tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.

Bu barədə Oxu.Az-a ETSN-nin mətbuat xidmətindən məlumat verilib.

Türkiyə kosmosa uçuş üçün astronavt hazırlayır

Türkiyə milli kosmik sahəni inkişaf etdirməyə hazırdır.

Xudaferin.eu xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı prezident sarayında gənclər təşkilatlarının fəalları qarşısında çıxışı zamanı deyib. 

“Türkiyədə kosmik araşdırmalar, xüsusən də kosmosa sputnik buraxılması üzrə təhqiqatlar aparılır. Gələcəkdə biz kosmosa astronavt da göndərə biləcəyik”, - Ərdoğan bildirib.

Xudaferin.eu

Şamaxıda mikroavtobus aşıb: Xəsarət alanlar var

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xudaferin.eu APA-ya istinadən xəbər verir ki, bu gün saat 09:00 radələrində magistral yolun Şamaxının Mirikənd kəndi ərazisindən keçən hissəsində “Ford” markalı mikroavtobusu aşıb, 10-a yaxın sərnişinin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar təcili yardım stansiyasının avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılır.

Hadisə barədə əlavə məlumat veriləcək. Faktla bağlı araşdırma aparılır.

Xudaferin.eu

Deputat oğlunun pulunu ələ keçirən məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Elnur İbrahimovun CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Xudaferin.eu-nun məlumatına görə, təqsirləndirilən şəxs vətəndaş Elvin Vəliyev, Zaur Səfərov, Fərman Məmmədov, Həbib Axundov və digərlərinin etibarından sui-istifadə edərək, onlara birgə biznes qurmağı təklif edib. 

Tramp Meylə görüşdən imtina etdi

ABŞ prezidenti Donald Tramp qərəzli münasibətinə görə Böyük Britaniya baş naziri Tereza Mey ilə ikitərəfli danışıqlar aparmaqdan imtina edib. 

Xudaferin.eu xəbər verir ki, bununla bağlı “Telegraph” qəzeti Britaniya hökumətindəki mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, Tramp Meyin “öyrədici” tonundan bezib. Bununla yanaşı, telefon danışığı zamanı Meyin bəzi məsələlərin müzakirəsində dərhal siyasi detallara yönəlməsi amerikalı liderin xoşuna gəlməyib.

Milli Məclisin beş İşçi Qrupuna kimlər sədr seçiləcək?

Milli  Məclisin (MM) parlamentlərarası əlaqələr üzrə işçi qruplarına yeni rəhbərlər təyin olunacaq.

Oxu.Az-ın MM-dən əldə etdiyi məlumata görə, hazırda beş parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri vəzifəsi boşdur.

Bunlar, Azərbaycan - Almaniya, Azərbaycan - Cibuti, Azərbaycan - Kanada, Azərbaycan - Türkmənistan və Azərbaycan - Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbəri vəzifəsidir.