05 June 2018

İsveçrə rusiyalı milyarderin hesablarını dondurub

ABŞ sanksiyalarından çəkinən İsveçrə bankları rusiyalı biznesmen Viktor Vekselberqin şəxsi hesablarında olan pul vəsaitləri üzərində əməliyyatları qadağan edib.

Xudaferin.eu xəbər verir ki, bu haqda “Schweiz am Wochenende” həftəlik qəzeti məlumat yayıb.

İnformasiyaya görə, söhbət bir milyard isveçrə frankına yaxın pul vəsaitindən gedir.

Hesabları donduran banklar “UBS”, “Credit Suisse” və “Julius Baer”  banklarıdır. “Renova” şirkətinin vəkilləri adı çəkilən bankları və onların vəzifəli şəxslərini məhkəməyə verməyə hazırlaşır.

Qvatemalada vulkan püskürməsi: 62 nəfər öldü

Qvatemalada vulkan püskürməsi nəticəsində ölən insanların sayı 62 nəfərə çatıb.

Xudaferin.eu xəbər verir ki, bu barədə “RİA Novosti”  ölkənin Məhkəmə tibb institutuna istinadən məlumat yayıb.

Bundan əvvəl 40 nəfərin həlak olduğu bildirilirdi.

Qeyd edək ki, sözügedən vulkan 3,7 kilometr hündürlükdə, Qvatemala paytaxtından 40 kilometr aralıda yerləşir.

Xudaferin.eu

Diş minasını bərpa etməyin yolu tapıldı

Londonun Kraliça Mariya universitetindən olan alimlər diş minasını bərpa etməyi bacaran xüsusi material ərsəyə gətirib.

Xudaferin.eu xəbər verir ki, elmi iş haqqında məqalə “Nature Communications” jurnalında dərc olunub.

Əvvəllər hesab olunurdu ki, diş minası kənar təsirlərə məruz qaldıqda onun bərpası mümkün olmur, bu isə sağlam dişlərin itirilməsinə yol aça bilir.

Məqaləyə görə, yeni material struktur və xassələri baxımından təbii diş minasına bənzəyir. Onun hazırlanmasında kristalların artımına təkan verən zülaldan istifadə olunub.

Rusiya Belarusun süd məhsullarına qadağa qoydu

“Rosselxoznadzor” iyunun 6-dan etibarən Belarusda istehsal olunan süd və bəzi süd məhsullarının Rusiyaya idxalını məhdudlaşdıracaq.

Xudaferin.eu xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qadağa 2,5 litrdən çox tutumu olan istehlakçı qablaşdırmasında olan süd məhsullarına şamil edilir.

“Rosselxoznadzor” bu qərarı idxal olunan məhsullarda bir sıra pozuntuların ortaya çıxması ilə əlaqələndirib. Qadağanın nöqsanların aradan qaldırılmasından sonra ləğv olunacağı bildirilir.

İrandan uranın zənginləşdirilməsi ilə bağlı - QƏRAR

İran bu gündən etibarən uranın zənginləşdirilməsinin genişləndirilməsinə başlayacaq. 

Xudaferin.eu “Ren TV”yə istinadla xəbər verir ki, Tehran hökuməti bu qərarın ABŞ-ın nüvə sazişindən çıxması və yeni sanksiyalar tətbiq etməsinə cavab olduğunu açıqlayıblar. 

İranın ali dini lideri Ayətullah Əli Xamenei bəyan edib ki, onun ölkəsi istehsalı artırmağa hazır olmalıdır. 

Vaşinqtonda 28 May Azərbaycan Milli Günü elan edilib

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar bəyannamə imzalayıb.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bəyannamədə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur.

Havay adasında vulkan yüzdən çox evi dağıtdı - VİDEO

Havay adasında Kilauea vulkanının püskürməsi nəticəsində 117 ev dağılıb.

Xudaferin.eu TASS agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı 1 nəfər xəsarət almasına səbəb olub.

Adada ən yüksək səviyyəli həyəcan siqnalı elan edilib. Yaxınlıqdakı yaşayış məntəqələrindən minlərlə insan təxliyə edilib.

Qeyd edək ki, Kilauea vulkanı mayın 3-dən püskürməyə başlayıb. Bundan sonra adada 6,9 bal gücündə zəlzələ baş verib.

Xudaferin.eu

Sinqapur Tramp-In görüşünün şərəfinə sikkələr buraxacaq

Sinqapurun Mint dövlət şirkəti ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın görüşünün şərəfinə üç növ xatirə sikkəsinin buraxılacağını açıqlayıb. 

Xudaferin.eu xəbər verir ki, sikkələr qızıl, gümüş və bürüncdən hazırlanacaq. Sikkənin bir tərəfində Amerika və Şimali Koreya bayraqlarının fonunda iki ölkə liderlərinin əl sıxmaları əks olunacaq. 

ABŞ bayrağı sağ, KXDR bayrağı sol tərəfdə, sikkənin yuxarı hissəsində görüşün keçiriləcəyi tarix (12.06.2018) əks olunacaq. 

Bakıda velosiped idmanı üzrə dünya çempionatı başladı

Bu gün Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatına start verilib. 

Xudaferin.eu xəbər verir ki, tədbirdə yarışın Təşkilat Komitəsinin sədri, baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) I vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi (UEC) Rəhbər Komitəsinin üzvü, dünya çempionatının keçirilməsi ilə bağlı yaradılmış İşçi Qrupunun rəhbəri Sahib Ələkbərov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər şəxslər iştirak ediblər. 

Qürbətdə Azərbaycan sevgisini inkişaf etdirəcək yeni qurum yarandı

İsveçdə soydaşlarımızın təşəbbüs ilə yeni bir təşkilat yaradılıb. Bu, “İveç – Azərbaycan Mədəniyyət Mərkəzi”dir. Yeni təşkilatın sədri isə, həm Azərbaycanda, həm də İsveçdə rejissor və ssenarist kimi tanınan Rahim Sadıqbəylidir. “Xudaferin.eu” saytı olaraq Rəhim bəydən ilk müsahibəni aldıq.  

- Rahim bəy, Avropada yaşayan soydaşlarimiz cəmiyyətlər və mədəniyyət mərkəzləri yaradıblar. İlk öncə onların haqqında bizi məlumatlandırmağınızı istərdik.