02 June 2018

Sabah yağış yağacaq

İyunun 3-də müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 20-24° isti, Bakıda gecə 14-16° isti, gündüz 21-23° isti olacağı gözlənilir.

Qarabağ atlarına həsr olunan "Canlı Miras" sərgisinin açılış mərasimi baş tutub

30 may 2018-ci ildə saat 18.30-da Muzey Mərkəzinin Sərgi Qalereyasında Azərbaycan Respublikası Mədəniyyət  Nazirliyi, Latviyanın Azərbaycandakı səfirliyi və Muzey Mərkəzinin təşkil etdiyi “Canlı miras” sərgisinin açılış mərasimi baş tutub. Sərgi Azərbaycan Demokratik Respublikasının və Latviya Respublikasının 100 illik yubileylərinə həsr olunub. Sərginin mövzusu isə latış rəssam Datse Ştrausanın tablolarında təqdim olunan Azərbaycanın Qarabağ cins atlarına həsr edilib. Qarabağ atlarının olduqca incə gözəlliyi, xüsusi zərifliyinin gücü bəşəriyyəti daim heyran qoyaraq sevindirəcək.