01 June 2018

Erməni XİN rəhbəri niyə Lavrovla görüşə gedir?

İstisna deyil ki, Sergey Lavrov erməni həmkarı ilə Moskvada keçirəcəyi görüşdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü barədə razılaşacaqlar. 

Bu sözləri Oxu.Az-a açıqlamasında “Cənub Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə Ermənistan xarici işlər nazirinin Rusiyaya səfərini şərh edərkən deyib.

“Güman etmək olar ki, söhbət bütünlükdə tanışlıq səfərindən gedir. Bu səfər zamanı müxtəlif məsələlərin, o cümlədən Dağlıq Qarabağ probleminin həllinin müzakirəsi nəzərdə tutulur”, - o qeyd edib. 

“WhatsApp”da yeni səhv aşkar edildi

“WhatsApp” istifadəçilərinin bir qismi bəyan edib ki, bloklanmış smartfonlarda bildiriş əldə etdikləri zaman məktubu göndərənin kimliyini görmürlər. 

Xudaferin.eu xəbər verir ki, bununla bağlı “The Mirror” nəşri məlumat yayıb. 

İstifadəçilərin şikayətlərinə əsasən, telefonun ekranında “Məktub” yazısı peyda olur, ancaq dərhal bunun kim tərəfindən göndərildiyini müəyyən etmək olmur. Ona görə də onlar “WhatsApp”ı açmalı və məktubun kim tərəfindən göndərildiyinə baxmalı olurlar. Problemlər “iPhone” sahiblərində özünü göstərir. 

Azərbaycanda turistləri daşıyan avtobus aşdı - VİDEO + FOTO

Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Qazax yolunda baş verən avtobus qəzası ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Xudaferin.eu oxu.az-a istinadən bildirir ki, Bakı-Qazax yolunun 79-cu km-də, Hacıqabul rayonu ərazisində baş vermiş yol qəzasında 18 nəfər yox, 1 nəfər xəsarət alıb:

“Hadisə günorta saat 12.30 radələrində üzü Bakı istiqamətində baş verib. 

Eyni istiqamətdə hərəkətdə olan üç nəqliyyat vasitəsi toqquşub. 

Belarus Rusiya ilə sərhədi bağlamaqla hədələdi

Belarus lideri Aleksandr Lukaşenko Moskvanı Rusiya və Belarus arasında sərhədə sərhədçilərin yerləşdirilməsi məsələsində yekun qərara gəlməyə çağırıb.

Xudaferin.eu xəbər verir ki, bu barədə “Ren TV” məlumat yayıb.

Brest vilayətinin ərazisində yerləşən “Divin” sərhəd zastavasına gələn Lukaşenko dövlət sərhəd komitəsinin nümayəndələri ilə görüşüb. Onlar Belarusun Rusiya ilə sərhəddə daimi əsasda sərhəd xidməti bölmələrinin olmadığını və lazım gəldikdə sərhədçilərin kordona irəliləyə bildiyini söyləyib.

Qanunsuz oduncaq dolu avtomobillər saxlanılıb

Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları tərəfindən Bum meşəbəyliyinin 6 saylı dolayında içərisində qanunsuz yolla əldə edilmiş oduncaq olan “Ural” və “QAZ-66” markalı avtomobillər saxlanılıb.

ETSN-dən Oxu.Az-a verilən məlumata görə, araşdırma zamanı avtomobillərin Qəbələ rayon sakinləri Gəncəli İsgəndorova və Anar Ağayevə məxsus olduğu məlum olub.

Hyustonda 28 may Azərbaycan günü elan edilib

Amerikanın energetika paytaxtı hesab olunan və 1976-cı ildən Bakı ilə qardaşlaşmış şəhəri olan, həmçinin çoxsaylı həmvətənlərimizin yaşadığı Hyustonda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı şəhərin meri Silvestr Törner (Sylvester Turner) tərəfindən Azərbaycan Günü elan edilib.

Xudaferin.eu-nun məlumatına görə, bununla əlaqədar olaraq S.Törner bəyannamə imzalayıb.

Yaponlar əzələli robot ixtira etdilər – VİDEO

Tokio universitetinin mütəxəssisləri siçovulların canlı əzələ parçalarından, karkas metaldan və plastik materialdan yeni biohibrid robot hazırlayıblar. 

Xudaferin.eu xəbər verir ki, “Science Robotics” jurnalında yayımlanan məlumata görə, robot insan barmağının hərəkətlərini imitasiya edir, kiçik əşyaları yerləşdirə bilir.

Robotun əzələləri elektrik cərəyanının vasitəsilə sıxılır. Barmaqların insandakı kimi hərəkətini təmin etmək üçün mütəxəssislər qoşalaşmış əzələlər sayılan aqonistov və antaqonistovdan istifadə ediblər.