21 May 2018

Güləş üzrə 33-cü dünya çempionatında uğurla çıxış edərək 11 medal qazanan MOİK-in idmançıları Vətənə qayıdıblar

Moskvada hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatında uğurla çıxış edərək 2-si qızıl olmaqla 11 medal qazanan Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları Vətənə qayıdıblar.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda hərbçi idmançıları MOİK-in üzvləri, güləşçilərin yaxınları və idmansevərlər gül-çiçək dəstələri ilə qarşılayıblar.

Bob Dilanın gitarası hərracda yarım milyon dollara satılıb

Amerikalı yazıçı, müğənni, ifa etdiyi mahnıların sözlərinin müəllifi, rəssam və kinoaktyor Bob Dilanın gitarası Nyu-Yorkda keçirilən hərracda 490 min dollara satılıb.

Xudaferin.eu Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu alət musiqiçinin ilk elektrogitaralarından biridir. O, qastrol zamanı həmin gitarada ifa edib. Qara rəngli “Fender Stratocaster” gitarası Bob Dilandan sonra kanadalı gitaraçı və ifaçı Robbi Robertsona məxsus olub.

Azərbaycan Xalq Cümhuriyyəti milli ideologiya əsasında yaranıb

Mayın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti – 100: varislik və müasirlik” mövzusunda elmi konfrans keçirilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə mövzunun aktuallığını qeyd edib, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə gördüyü işlərdən söhbət açıb.

Gömrükçülər narkotik vasitə aşkarlayıb

Gömrükçülər narkotik vasitə aşkarlayıb.

Xudaferin.eu AZƏRTAC-a istinadən bildirir ki, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

Diaspor rəhbərindən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova müraciət

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri

Cənab Fuad Muradova

Hörmətli Fuad bəy,

İlk öncə Sizi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə seçilməyiniz münasibətilə Avropada fəaliyyət göstərən "Azərbaycanın Dostları" Cəmiyyəti adından ürəkdən təbrik edir, Sizə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində Azərbaycan Respublikasının mənafeyinin beynəlxalq miqyasda qorunması işində uğurlar diləyirik.