20 May 2018

Rusiyada “pomidor kralı” kimi tanınan azərbaycanlı həbs edilib

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Moskva İdarəsinin əməkdaşları ötən həftə, mayın 14-də Moskvaətrafı vilayətin Mıtişi şəhərində azərbaycanlı biznesmen, “pomidor kralı” kimi tanınan Vahid Novruzovu həbs edib.

Xudaferin.eu-nun xəbərinə görə, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bir neçə şirkətin sahibi və 20-dən çox biznes növü ilə məşğul olan Novruzov vəzifəli şəxsə rüşvət verməkdə ittiham olunur.

ADR–100: Azərbaycan-Ermənistan konfransı və “Müsavat”ın ikinci qurultayı

Oxu.Az Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş, “ADR–100” layihəsi çərçivəsində silsilə məqalələrin yayımını davam etdirir.

Növbəti məqalədə dekabr 1919-cu il hadisələri işıqlandırılır.

ADR dövrünün mükəmməl ili başa çatırdı. Bütün tərəflər bu ili müsbət notlarla bitirməyə çalışırdı. Bu, həm daxili, həm də xarici siyasətə aid idi.

Dekabrın 14-dən 21-dək olan dövrdə Bakıda Azərbaycan-Ermənistan konfransı keçirildi. Konfransa F.Xoyski, M.H.Hacınski və M.R.Vəkilovdan ibarət nümayəndə heyəti qatıldı.

Merkel məhkəməyə verildi

“Almaniya üçün alternativ” (AdQ) partiyası ölkənin kansleri Angela Merkeli miqrasiya siyasətinə görə məhkəməyə verib.

Xudaferin.eu-nun “Die Zeit” nəşrinə istinadla verdiyi xəbərə görə, alman parlamenti (Bundestaq) miqrasiya siyasətinin müəyyənləşdirilməsində iştirak etmək hüququna malikdir.

Partiyada hesab edirlər ki, kanslerin 2015-ci ildə imzaladığı Avstriya-Almaniya arasında sərhədin açılmağı ilə bağlı qərarına yenidən baxış keçirilməlidir.

Makedoniyanın adı dəyişdirilir

Makedoniyanın baş naziri Zoran Zaev ölkənin yeni adı ilə bağlı ən optimal variantı açıqlayıb.

Xudaferin.eu-nun RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə o, bu gün mətbuata açıqlamasında bildirib ki, ölkəsi bundan sonra “İlinden Makedoniyası” adlandırıla bilər.

Zaev bu gün verdiyi açıqlamada Yunanıstandan olan həmkarı Aleksis Tsipras ilə görüşdə ortaq məxrəcə gəldiklərini bildirib. Onun sözlərinə görə, yunanlar da onun ölkəsinin “İlinden Makedoniyası” adlandırılmasının əleyhinə deyillər.

KİV: Ərdoğana qarşı sui-qəsd hazırlanır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Balkanlara səfəri zamana ona qarşı sui-qəsd cəhdi edilə bilər.

Xudaferin.eu xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.

Bu barədə Türkiyənin kəşfiyyat xidmətlərinə Makedoniyanın paytaxtı Skopyedə yaşayan türklər və Qərbin kəşfiyyat xidmətləri məlumat verib.

“Şayiələr gəzir ki, prezident Ərdoğanın Balkan yarımadası ölkələrinə səfəri zamanı ona qarşı sui-qəsd cəhdi olacaq”.