19 May 2018

Əfqanıstanda stadionda partlayışlar: Ölənlər var

Əfqanıstanın Cəlalabad şəhərində baş verən ard-arda üç partlayış nəticəsində səkkiz nəfər həlak olub, 45 nəfər yaralanıb. 

Xudaferin.eu bununla bağlı “RİA Novosti” agentliyinə istinadla xəbər verir. 

Əfqanıstanın şimal-şərqindəki Nanqaxar vilayətinin qubernatorunun nümayəndəsi Attaullah Xoqyaninin sözlərinə görə, partlayışlar şəhər stadionlarından birində kriket oyunu zamanı baş verib. Ölənlər arasında Laqman vilayətinin Mehtarlam şəhərinin merinin müavini də olub. 

Hücuma görə məsuliyyəti “Taliban” terror təşkilatı üzərinə götürüb.

Kubada matəm elan olunub

Kubanın Dövlət Şurası Havana yaxınlığında “Boeing 737” təyyarəsinin qəzaya uğraması ilə bağlı matəm elan edib.

Xudaferin.eu-nun verdiyi xəbərə görə, təyyarədə beş uşaq da daxil olmaqla 110 sərnişin olub. 

Onlarda üçü sağ qalıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, “Cubana de Aviacion” aviaşirkətinin Meksikanın “Global Air” aviaşirkətindən icarəyə götürdüyü “Boeing 737” təyyarəsi Havana yaxınlığında qəzaya uğrayıb. Havana-Olqin marşrutu üzrə uçan layner havaya qalxdıqdan az sonra yerə çırpılıb və yanıb. 

Azərbaycanın Milli Günü ABŞ-ın Cənubi Karolina ştatında qeyd olunacaq

ABŞ-ın Cənubi Karolina ştatının qubernatoru Henri MakMaster Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar olaraq bəyannamə imzalayıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Oxu.Az-a verilən məlumata görə, bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunub.

Məmmədyarov: Trampın qərarı beynəlxalq hüquqa zidd addımdır

Azərbaycan həmişə olduğu kimi, Fələstin məsələsinin ədalətli həllinə töhfə verməyə hazırdır.

Xudaferin.eu-nun məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 18-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən fövqəladə Sammitindəki çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, 60-dan çox fələstinlinin öldürülməsi və 2000 insanın yaralanması qəbuledilməzdir:

ABŞ məktəbində atışma: 10 ölü

ABŞ-ın Santa-Fe şəhər məktəbində qanlı qətliamı 17 yaşlı şagird Dimitros Paqursis törədib.

Xudaferin.eu xəbər verir ki, bu barədə ABŞ mətbuatında məlumat yayılıb.

Silahlı hücum nəticəsində azı 10 nəfər həlak olub, daha 10 nəfər yaralanıb. Polis əməkdaşları məktəbin ərazisində kustar üsulla hazırlanmış partlayıcı qurğular aşkarlayıb.

Atıcının yerli futbol komandasında çıxış etdiyi məlum olub. Paqursis sosial şəbəkələrdə tez-tez silahlarla poz verdiyi fotoşəkilləri paylaşıb.

ABŞ-dan Şimali Koreyaya jest: təlimlər dayandırıldı

Vaşinqton Tramp- Kim Çen In görüşü ərəfəsində Pxenyanı hiddətləndirmiş Cənubi Koreya ilə birgə keçirilən hərbi təlimləri təxirə salıb.

Xudaferin.eu xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, birgə hava-dəniz manevrlərinin təxirə salınmasının təşəbbüskarı rəsmi Seul olub. Cənubi Koreya hökuməti “müharibə oyunlarının” sammit ərəfəsində yarımadada gərginliyi artıracağından ehtiyat edib.

Ərdoğan ABŞ və İsrailə od püskürdü

İstanbulda İslam Əməkdaşlığı Təşkilatının növbədənkənar sammiti keçirilir.

Xudaferin.eu xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan sammitdə çıxışında İsrail və ABŞ-ı sərt tənqid atəşinə tutub.

Ərdoğanın sözlərinə görə, səfirlik binasını Təl-Əvivdən Qüdsə keçirməklə ABŞ faktiki olaraq dinc fələstinlilərin qətlində iştirakçıya çevrilib.

“ABŞ Qüdslə bağlı qərarı ilə İsrailin kütləvi cinayətləri üçün bir növ zəmin yaratmış oldu. Vaşinqtonun əli günahsız fələstinlilərin qanına bulaşıb.

BMT İsrailə qarşı qətnamə qəbul edib

BMT-nin İnsan haqları şurasında Qəzza zolağında etirazçıların qətli ilə bağlı faktların dərhal müstəqil şəkildə araşdırılmasını tələb edən qətnamə qəbul olunub.

Xudaferin.eu xəbər verir ki, bu barədə “Newsru.co.il” məlumat yayıb.

Qətnamənin lehinə 29 ölkə səs verib. 14 ölkə bitərəf qalıb. ABŞ və Avstraliya isə qətnamənin əleyhinə səs verib.

Şura İsrail dövlətini Qəzzadakı mülki etirazçılara qarşı əsassız şəkildə silah tətbiq etməkdə, həmçinin BMT qətnamələri və beynəlxalq hüquq normalarını kobudcasına pozmaqda ittiham edib.