18 May 2018

Təbiətə 6500 manat ziyan vurulub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lerik rayon Hamarmeşə kəndində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən araşdırılıb.

Xudaferin.eu oxu.az-a istinadən bildirir ki, araşdırma zamanı ağacların Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vizəzəmin meşəbəyliyinin 13 saylı dolayında kəsildiyi aşkar edilib.

Kaspşik Ermənistanda danışıqlarda

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistanda səfərdədir.

Xudaferin.eu-nun News.am-a istinadən məlumatına görə, Kaspşik Ermənistanın müdafiə naziri David Tonoyanla görüşüb.

Tərəflər təmas xəttində və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Kaspşik bundan sonra da vasitəçi missiyasında maksimum səylərini davam etdirəcəyini vurğulayıb.

İŞİD-in baş təşviqatçısı öldürülüb

İraq hərbi hava qüvvələrinin Suriyaya endirdiyi aviazərbələr nəticəsində İŞİD-in baş təşviqatçısı zərərsizləşdirilib.

Xudaferin.eu xəbər verir ki, bu barədə “Al Sumariya” telekanalı İraq kəşfiyyatından olan məlumatlı mənbəyə istinadən informasiya yayıb.

İraq qırıcıları sərhəd yaxınlığında yerləşən İŞİD mövqelərinə sonuncu dəfə mayın 14-də zərbələr endirib. Dəşiş rayonuna edilmiş hava reydi nəticəsində terrorçuların komanda məntəqəsi tam məhv edilib.

Avtomobillərin gömrük nəzarəti qaydaları dəyişib

Nazirlər Kabineti  “Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edib. 

Xudaferin.eu APA-ya istinadən xəbər verir ki, qüvvədə olan Qaydalara əsasən nəqliyyat vasitələri gömrük nəzarəti zonasına faktiki daxil olmazdan əvvəl gömrük orqanlarında ilkin məlumatların qeydiyyatının aparılması məqsədi ilə fiziki və ya hüquqi şəxslər tərəfindən Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydada mallara və nəqliyyat vasitələrinə dair ilkin məlumatlar təqdim oluna bilərdi.

Tramp üç aylıq maaşını veteranlara bağışladı

ABŞ prezidenti Donald Tramp yanvar-mart ayları ərzində aldığı əmək haqqını müharibə qazilərinin müalicəsi məqsədi ilə Veteran məsələləri departamentinə ianə edib.

Xudaferin.eu xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Seçki qabağı kampaniyası zamanı vəd etdiyi kimi, prezident öz maaşını xeyriyyə məqsədilə ianə edir.

O, 2018-ci ilin birinci rübünün qazancını Veteran məsələləri departamentinin müayinə-müalicə proqramlarına bağışlayıb”, - deyə Ağ Evin rəsmisi Sara Sanders bildirib.

“Qarabağ”ın futbolçuları cəbhədə – FOTO

Mayın 17-də  “Qarabağ” futbol klubunun futbolçuları cəbhə bölgəsinə yollanıb.

Xudaferin.eu “Qarabağ” FK-nun rəsmi saytına istinadən xəbər verir ki, komandanın üzvlərini, o cümlədən  İbrahim Şehiç, Elvin Yunuszadə, Maksim Medvedev, Qara Qarayev və Coşqun Diniyevi ilk olaraq N saylı hərbi hissənin komandiri general-mayor Hikmət Həsənov qarşılayıb.

Həsənov futbolçularla söhbətində daim “Qarabağ”ımızın oyunlarını izlədiyini və qazandığı uğurlara sevindiyini dilə gətirib.

Səudiyyə Ərəbistanında qədim insanın izləri aşkarlanıb

Səudiyyə Ərəbistanının şimal-qərbində yerləşən Tabuk şəhərində arxeoloqlar qədim insanın ayaqlarının daş bağlamış izlərini aşkarlayıb.

Xudaferin.eu “Newsru.co.il” saytına istinadən xəbər verir ki, alimlər ayaq izinin təxminən 85 min il əvvəl yaşamış insana aid olduğunu müəyyən edib.

Tapıntı qədim insanların əvvəl düşünüldüyündən daha erkən Afrikanı tərk etmələri ilə bağlı nəzəriyyəni isbat edir.

Haspel Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri oldu

Mayın 17-də ABŞ Senatı Cina Haspelin Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib.

Xudaferin.eu xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, səsvermədə 54 senator ona etimad göstərib, 44 nəfər əleyhinə səs verib.

Səsvermə nəticəsinə əsasən Haspelin MKİ-nin direktoru vəzifəsinə təyinatı təsdiqlənib.

Qeyd edək ki, Haspel buna qədər xarici kəşfiyyat xidməti və antiterror mərkəzinin direktor müavini vəzifələrində işləyib.

Xudaferin.eu

Mikayıl Müşfiqin 110 illiyi qeyd ediləcək

Prezident İlham Əliyev mayın 17-də görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Xudaferin.eu xəbər verir ki, sərəncama əsasən, Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş tədbirlər planının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.

Xudaferin.eu

BMT: Azərbaycanlılar artacaq, ermənilər azalacaq

Ermənistanın əhalisi 2050-ci ilə kimi 2,7 milyon nəfərə qədər azalacaq.

Xudaferin.eu xəbər verir ki, bu haqda BMT-nin “Qlobal urbanizasiyanın perspektivləri 2018” adlı icmalında deyilir.

BMT-nin proqnozlarına görə, qeyd olunan ilə kimi Azərbaycan əhalisi bir milyon artaraq 11 milyon təşkil edəcək.

Ermənistanın daimi əhalisinin sayı 1 aprel 2018-ci il statistikasına əsasən təxminən 3 milyon nəfər təşkil edir. 2017-ci ilin analoji göstəriciləri ilə müqayisədə əhalisi 11,6 min nəfər azalıb.  

Qadın güləşçimiz dünya çempionatının qalibi oldu

Azərbaycan idmançısı Moskva şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının üçüncü günündə qızıl medal qazanıb.

Xudaferin.eu “Report”a istinadən xəbər verir ki, Rusiya Federasiyası Mərkəzi Ordu İdman Klubunun idman zalında keçirilən çempionatda güləşin sərbəst növündə qadınlar arasında 65 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Ceyla Nağızadə ardıcıl olaraq Monqolustan və Qazaxıstan idmançılarına qalib gələrək dünya çempionu adına layiq görülüb.

Dərdin bir Loğman doğar

Bilirəm, sən məndən bu cür uzaqdan-uzağa hal soruşmağı heç gözləməzdin, bunu heç ağlına da gətirməzdin. Yəqin danışan dalğalar, söz daşıyıb soraq aparan küləklər ayrılıq ağrısına bükülən salam kağızını sənə çatdıranda o düşmüş çiyinlərini çəkib deyəcəksən: mənim can hayına qalan yerimdə, canımnan əlləşən çağımda oğlum mənə uzaqdan-uzağa hava salamı göndərir. Deyəcəksən, ölmədim, bunu da gördüm!.. Haqlısan, vallah, haqlısan, Laçın.

Ancaq bizim dərdimiz də özümüz kimi, sənin kimi bənzərsizdi. Bizim dərdimiz başqadı, Laçın, tamam başqa. Elə ona görə deyirəm ki:

Rusiyanın “Qiyamət günü” silahının göstəriciləri məlum oldu

Rusiyanın “Poseydon” pilotsuz sualtı aparatı nüvə başlıqları ilə təchiz oluna bilər.

Xudaferin.eu xəbər verir ki, bu barədə TASS Rusiyanın hərbi sənaye kompleksindən olan mənbəyə istinadən məlumat yayıb.

Məlumata əsasən çoxməqsədli “Poseydon” dəniz sisteminin torpedosuna maksimal gücü trotil ekvivalentində iki meqatona qədər olan müxtəlif nüvə başlıqları quraşdırmaq olur.

Ərəb Liqası İsraillə bağlı fövqəladə iclas keçirib

Qahirədə Ərəb Liqası dövlətlərinin xarici işlər nazirlərinin fövqəladə iclası keçirilib.

Xudaferin.eu “Anadolu” agentliyinə istinadən xəbər verir ki, toplantıda ABŞ-ın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsi, həmçinin Fələstində baş verən qanlı hadisələr müzakirə olunub.

“ABŞ-ın öz səfirliyini Qüdsə köçürməsi beynəlxalq hüquq normalarına ziddir”,- deyə Səudiyyə Ərəbistanının XİN-i Adil əl-Cübeyr çıxışında bildirib.

Onun sözlərinə görə, diplomatik missiyanın Fələstin torpağına köçürülməsi ilə fələstinlilərin hüquqları kobudcasına pozulub.

Makron: İrana görə ABŞ-a qarşı çıxmayacağıq

Fransanın prezidenti Emmanuel Makron Parisin Tehranla birgə Vaşinqtona qarşı çıxmayacağını bəyan edib.

Xudaferin.eu xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Biz İranın ABŞ-a qarşı müttəfiqi olmayacağıq...Bu böyük səhv olar. Biz hamı ilə münasibət qururuq”, - deyə Makron vurğulayıb.

Makronun sözlərinə görə, Fransa regionada qarşılıqlı etibarlı dialoq qurmaq niyyətindədir.

Makron İrana görə ABŞ-a qarşı sanskiya müharibəsi aparmayacağını diqqətə çatdırıb.

Xudaferin.eu

Ermənistanda kütləvi zəhərlənmə

Ermənistanın Armavir vilayətində üzümçülüklə məşğul olan müəssisənin 90-a yaxın əməkdaşı zəhərlənib.

Xudaferin.eu xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.

Zəhərlənən 20 nəfər tibbi yardımın göstərilməsindən sonra evə buraxılıb, 30 nəfər Metsamor tibb mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Zəhərlənmənin səbəbi araşdırılır.

Ukraynada “RİA Novosti”nin rəhbəri həbs olunub

Ukraynanın Xerson məhkəməsi  “RİA Novostinin” Ukrayna bölməsinin rəhbəri Kiril Vışinski barəsində həbs qətimkan tədbiri seçib.

Xudaferin.eu xəbər verir ki, bu barədə “Ukraynskaya pravda” məlumat yayıb.

Məhkəmədə ittihamçı dövlətə qarşı xəyanətdə təqsirləndirilən portal rəhbərinin həbs olunmasını tələb etmişdi. Onun sözlərinə görə, digər qətimkan tədbiri seçilsəydi jurnalist sübutları məhv edib ölkədən qaça bilərdi.

Məhkəmə müdafiə tərəfinin jurnalistin girov müqabilində şərti azad edilməsi ilə bağlı vəsatətini təmin etməyib.