17 May 2018

İTV-nin aparıcısına yüksək vəzifə verildi

İctimai Televiziyanın şöbə müdiri və aparıcısı Vəsilə Vahidqızı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsinə təyin olunub.

Bu barədə Xudaferin.eu oxu.az-a istinadən məlumat verir.

“Vəsilə Vahidqızı İTV-də bir sıra aktual mövzularla yanaşı, diaspor mövzusunda da müzakirələrin aparıcısı olub. Bundan sonra da Dövlət Komitəsi dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatları, Azərbaycan icmaları və ayrı-ayrı soydaşlarımızın fəaliyyəti bağlı ictimaiyyəti məlumatlandırmaqda davam edəcək.

Dərialtı mikroçiplər

İsveçdə təxminən 3 min nəfərə dərialtı mikroçip yerləşdirilib. İnsanlar onların köməyilə metroda gedir, mağazada ödəniş edir və maşınlarının qapısını açırlar.

Xudaferin.eu “hi-tech.mail.ru” saytına istinadla xəbər verir ki, çip yaxın kontaktsız əlaqə vasitəsilə özlüyündə rəqəmsal açar dəsti kimi işlədilir. Bu, simsiz rabitə ilə passiv çipdən hesablayıcı cihaza informasiya göndərilməsi üsuludur, lakin bu halda onlar arasında cəmi 4 santimetr məsafə olmalıdır. Bir müddət sonra texnologiyanın inkişafı bu çipin daha çox funksiyanı yerinə yetirməsinə imkan verəcək.

Levan İzoria: Azərbaycan, Gürcüstan və Türkiyə üçtərəfli formatda səmərəli əməkdaşlıq edirlər

Azərbaycan ilə Gürcüstanın ərazi bütövlüyü pozulub. Hər iki ölkənin ərazilərinin 20 faizi işğal olunub. Biz torpaqlarımızı sülh yolu ilə geri qaytarmaq üçün beynəlxalq təşkilatlarda birgə iş aparırıq.

Xudaferin.eu xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın müdafiə naziri Levan İzoria söyləyib.

Nazir deyib ki, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü məsələsi Tbilisidə keçirilən Cənubi Qafqazda Təhlükəsizlik Forumunda da müzakirə olunub. Ekspertlər, hüquq müdafiəçiləri, siyasətçilər bizim haqlı mövqelərimizi müdafiə ediblər.

В Москве изданы отрицающие Геноцид армян книги американо-турецких историков

В Москве изданы отрицающие факт Геноцида армян книги, ставшие результатом совместной работы группы турецких и американских историков.

«Принятие закона о переселении армян из прифронтовых районов вглубь империи привело к трагическим последствия как для христианского, так и для мусульманского народа», — говорится в аннотации к книге «Восстание армян в Ване» Джастина Маккарти, Эсата Арслана, Джемалеттина Ташкирана и Омера Турана.

İtaliyanın dövlət borcu ən yüksək həddə çatıb

İtaliyanın mərkəzi bankı “Banca d’Italia”nın verdiyi məlumatda bildirilir ki, mart ayında ölkənin dövlət borcu 2,302 trilyon məbləğində olub. Bu isə indiyədək qeydə alınmış ən yüksək məbləğdir.

 Xudaferin.eu ölkənin mərkəzi bankına istinadla xəbər verir ki, 2018-ci ilin fevral ayı ilə müqayisədə mart ayında qeydə alınmış borc artımı 15,9 milyard avro təşkil edib.

Sonuncu dəfə rekord məbləğdə dövlət borcu 2017-ci ilin iyul ayında qeydə alınıb və həmin vaxt dövlət borcu 2,3 trilyon avro təşkil olub.

Bəhram Qasemi: ABŞ İranın iqtisadiyyatına zərbə vurmağa çalışır

ABŞ-ın İranın dövlət xadimlərinə qarşı sanksiyaları qanunsuzdur. Mərkəzi Bankın sədrinə sanksiya tətbiq edilməsi bir daha göstərir ki, ABŞ İranın iqtisadiyyatına zərbə vurmağa çalışır.

Xudaferin.eu xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi bu gün keçirdiyi mətbuat konfransında deyib.

Bəhram Qaseminin sözlərinə görə, hərbi qurumlar və xarici siyasətlə heç bir əlaqəsi olmayan rəsmi şəxsə qarşı sanksiya tətbiq etmək siyasi etikadan çox uzaqdır.

Turkiyenin Tomris Hatunu— Meral Akşener

İYİ Parti Genel Başkanı Meral Akşener partisini kurduktan sonra dün önce Anıtkabir’i ziyaret etti, ardından Hacı Bayram Veli türbesine gitti. İYİ Parti’nin sembol tanıtımda Akşener’in çıkış noktasının Saka Kraliçesi Tomris Hatun olduğu anlaşıldı!

dün önce Anıtkabir, ardından Hacı Bayram Veli’nin türbesine gidip dua etmişti. Burada Akşener'e, partisinin logo ve ambleminin tartışılması konusu sorulmuştu. Akşener, “İlgiye bağlıyorum. Yok farz edemiyor kimse” demişti.

Belarusda dronlardan poçt daşımaları üçün istifadə ediləcək

Belarusda dronlardan poçt daşımaları üçün istifadə ediləcək.

Xudaferin.eu BELTA-ya istinadla xəbər verir ki, bunu Belarusun rabitə və informasiya naziri Sergey Popkov Minskdə II İnformasiya-Kommunikasiya Texnologiyaları Samitində çıxışı zamanı deyib.

“Dronların baza sistemi inkişaf etdiriləcək. Qazaxıstanda təxminən 100 dron poçt daşımalarını həyata keçirir. Bu layihəni Belarusda gerçəkləşdirmək istəyirik, olduqca maraqlı, effektli layihədir”, - deyə S.Popkov əlavə edib.

Yaxın Şərqin altı ölkəsi “Hizbullah”ın liderlərinə qarşı sanksiyalar tətbiq ediblər

Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Oman, Qətər və Birləşmiş Ərəb Əmirlikləri “Hizbullah” hərəkatının yüksəkvəzifəli nümayəndələrinə və bu təşkilatı dəstəkləyən şəxslərə qarşı sanksiyalar tətbiq etmək barədə qərar veriblər.

Xudaferin.eu Səudiyyə Ərəbistanının SPA dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, siyahıya 10 nəfər daxil edilib. Onlardan 5-i hərəkatın rəhbərliyində təmsil olunur. Bu şəxslərin əmlakı və aktivləri dondurulacaq.

Axtarış qrupunun rəhbəri: Hər üç alpinistin meyiti eyni ərazidə, çadır qurduqları yerdə tapılıb - TƏFƏRRÜAT

Hər üç alpinist təxminən eyni yerdə, çadır qurduqları ərazidə tapıldı. Böyük ehtimalla onlar çadırda istirahət vaxtı gözlənilmədən qar uçqununa düşüblər. Dörd aydan çox vaxt keçsə də, meyitlər tanınan halda idi. Qarın altından çıxarılanda alpinistlərin şəxsiyyətini müəyyənləşdirmək olurdu.

Xudaferin.eu AZƏRTAC-a istinadən bildirir ki, bu barədə dekabrın 27-dən itkin düşən “Gilavar” idman klubunun üzvləri Namin Bünyatov, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin axtarışlarını həyata keçirən qrupun rəhbəri Toğrul Mehdiyev məlumat verib.

Dünyasını dəyişən ədliyyə general-mayoru Oqtay Maqsudov doğulduğu Göyçayda torpağa tapşırılıb

Azərbaycan Respublikası Ali Məhkəməsinin keçmiş hakimi, ədliyyə general-mayoru, Əməkdar hüquqşünas Oqtay Maqsudov vəfat edib.

Xudaferin.eu AZƏRTAC-a istinadən bildirir ki, 81 yaşında dünyasını dəyişən Oqtay Maqsudovun cənazəsi mayın 16-da doğulduğu Göyçay şəhərinə gətirilərək Fəxri xiyabanda torpağa tapşırılıb. Dəfn mərasimində Ədliyyə Nazirliyinin əməkdaşları, Milli Məclisin deputatları, məhkəmə işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, mərhumun ailə üzvləri, yaxınları iştirak ediblər.