16 May 2018

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,4 milyard kubmetrədək təbii qaz ötürülüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı magistral qaz kəmərləri ilə 8 milyard 112,4 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,9 faiz artım müşahidə olunub.

Xudaferin.eu AZƏRTAC-a istinadən bildirir ki, dörd ayda qaz nəqlinin 29,5 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 2 milyard 391,3 milyon kubmetr təbii qaz göndərilib.

ABŞ-dan sonra Qvatemala da Qüdsdə səfirliyini açıb

Mayın 16-da – ABŞ öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürdükdən iki gün sonra bu şəhərdə Qvatemala səfirliyinin açılış mərasimi baş tutub.

Xudaferin.eu Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Qüdsün qərb hissəsində yerləşən yeni səfirliyin açılış mərasimində İsrailin Baş naziri Binyamin Netanyahu və Qvatemala Prezidenti Cimmi Morales iştirak ediblər. Mərasim zamanı Netanyahu Qvatemalanın 70 il bundan öncə ABŞ-dan sonra İsraili müstəqil dövlət kimi tanıyan ikinci ölkə olduğunu qeyd edib.

Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Mayın 16-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Respublikası Dövlət Hərbi-Sənaye Komitəsinin sədri, general-mayor Oleq Dviqalyovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xudaferin.eu AZƏRTAC-a istinadən bildirir ki, görüşdə iki ölkə arasında hərbi və hərbi-texniki sahədə birgə fəaliyyətin nəticələrindən məmnunluq ifadə edilib, bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizdə silinməz izlər qoyub

Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” müvafiq Sərəncamına əsasən Suraxanı təhsil, səhiyyə, sənaye, mədəniyyət müəssisələrində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilir. Bu barədə AZƏRTAC-a Suraxanı Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Rusiyada xizəkli-tırtıllı avtomobilin çaya düşməsi nəticəsində azı 7 nəfər həlak olub

Rusiyanın Komi Respublikasında xizəkli-tırtıllı avtomobilin çaya düşməsi nəticəsində 7 nəfər həlak olub.

İlkin məlumata görə, mayın 16-da içərisində 16 nəfər olan nəqliyyat vasitəsi çayı keçərkən qəzaya uğrayıb və suyun dibinə düşüb. Nəticədə azı 7 fəhlə boğularaq ölüb.

Nəqliyyat vasitəsi “Lukoyl Uxta Neftqaz” istehsalat müəssisəsinə məxsusdur. Hadisə yerində xilasedicilər işləyir.

Xudaferin.eu

İstanbulda “Azərbaycan Xalq Cümhuriyyəti-100 il” Parkının açılışı olub

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və İstanbul Maltəpə Bələdiyyəsinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti–100 il” Parkının açılışı olub.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycandan və Türkiyədən rəsmi şəxslər, Milli Məclisin deputatları, diplomatlar, ziyalılar, qardaş ölkə ictimaiyyətinin tanınmış simaları, İstanbulda yaşayan, işləyən və təhsil alan azərbaycanlılar, diaspor təşkilatlarının rəhbərləri iştirak ediblər.

Hindistanda piyada keçidinin çökməsi nəticəsində azı 18 nəfər ölüb

Hindistanın şimalında yerləşən Varanasi şəhərində piyada keçidinin çökməsi nəticəsində azı 18 nəfər həlak olub.

Xudaferin.eu Anadolu agentliyinə istinadla xəbər verir ki, dağıntılar arasından beş yaralı çıxarılıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Hadisə yerində xilasetmə tədbirləri davam etdirilir.

Baş nazir Narendra Modi Twitter sosial şəbəkəsində qəza ilə bağlı kədərini ifadə edərək yaralananlara şəfa diləyib.

Xudaferin.eu

ABŞ və Avropa İttifaqı ikili standartlar məngənəsində

Avropa İttifaqı və ABŞ Dövlət Departamenti Kerç körfəzindən körpü açılmasını pisləyiblər.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyertin sözlərinə görə, Krım Ukraynanın tərkib hissəsidir, bu körpü isə Ukraynanın hakimiyyət orqanlarının icazəsi olmadan tikilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Amerika xarici siyasət idarəsinin fikrincə, bu qurğu “Ukraynanın Azov dənizindəki ərazi sularına keçmək üçün yeganə yol olan Kerç körfəzindən keçə biləcək gəmilərin ölçülərinin məhdudlaşdıraraq naviqasiyaya mane olur”.

“Ruhumu o kəndə bağışlayıb gəldim” - Keçmiş döyüşçü Xaqani Rzaquliyev - FOTOLAR+VİDEO

Modern.az saytında kövrək uşaqlıq xatirələri, ata yurdu həsrətinin ifadəsi ilə zəngin “Mənim kəndim” rubrikasına davam edirik.

Bu dəfə Qarabağ müharibəsi əlili Xaqani Rzaquliyev böyüyüb, boya-başa çatdığı Ağdərə rayonunun Xatınbəyli kəndindən danışacaq. Beləliklə, Xaqani Rzaquliyevi  oxucularla baş-başa buraxırıq. Gəlin, onu dinləyək:

Mənim kəndim…

“Sovetlər dövründə bir məktəblinin yazdığı inşa məşhur idi. "Mənim anam" mövzusunda şagird bircə cümlə yazmışdı: "Mənim anam yoxdur, o, ölüb"...

Abşeron çimərliklərində 17-20 dərəcə isti olacaq

Ölkə ərazisində mayın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

Xudaferin.eu AZƏRTAC-a istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17°, gündüz 23-28° isti, Bakıda gecə 15-17°, gündüz 26-28° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz təşkil edəcək.

Kazan teatrının rejissoru: Çox istərdik ki, Şəkidə növbəti festivallarda da iştirak edək

Bu il xarici ölkələrdə nəzərdə tutulan beynəlxalq teatr festivalları arasında Şəki festivalı bizə daha maraqlı gəldi. Odur ki, tərəddüd etmədən təşkilatçılara iştirak ərizəsi göndərdik. İndi görürük ki, seçimimizdə heç də yanılmamışıq və festivalda iştirak etməkdən çox məmnunuq.