15 May 2018

Diasporda canlanma: Avropadakı aktiv təşkilatlar birgə addımlayacaq

Almaniyanın Nürnberg şəhərində fəaliyyət göstərən "Baku-Nürnberg" Mədəniyyət və Təhsil Mərkəzi ilə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) birgə əməkdaşlıq haqqında Memorandum imzalayıblar. Azadinform xəbər verir ki, sənədi "Baku-Nürnberg" Mədəniyyət və Təhsil Mərkəzinin sədri, texniki elmlər doktoru Yaşar Musayev və onun müavini Mirhüseyn Cəlilov, Ukrayna tərəfdən isə UABD-nin sədr müavini Murad Cəfərov imzalayıblar.

Ankarada Cümhuriyyətin 100 illiyi qeyd olunub - FOTO

Azərbaycanın Türkiyədəki səfirliyi Ankaradakı Heydər Əliyev Parkında Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin yaranmasının 100 illiyi münasibətilə təntənəli mərasim təşkil edib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan və Türkiyədən olan rəsmi şəxslər, generallar, diplomatlar, deputatlar, görkəmli ziyalılar, qardaş ölkə ictimaiyyətinin tanınmış simaları, qazilər, bu ölkədə yaşayan, işləyən və təhsil alan azərbaycanlılar, müdavimlərimiz iştirak ediblər.

Fələstində etiraz aksiyalarının “simvolu” öldürüldü - FOTO

Qəzza zolağında İsrail ordusu ilə qarşıdurmada ölən fələstinlilərin sayı 59-a çatıb, minlərlə yaralı var.

Xudaferin.eu “Sabah” qəzetinə istinadla xəbər verir ki, ölənlər arasında etiraz aksiyalarına əlil arabasında qatılan müsəlman gənc də olub.

Fadi Əbu Salah adlı gənc Qüdsdə ABŞ səfirliyinin açılmasına qarşı keçirilən etiraz aksiyalarının “simvolu” olub. 

29 yaşlı Fadi 2014-cü il martın 30-da İsrail hava hücumları zamanı ayaqlarını itirib. 

Azərbaycan tibb elminin kökləri: Eramızdan əvvəl yazılan faktlar

Eramızdan əvvəl VI-V minilliklərə aid, üzərində cərrayihə əməliyyatının izi olan insan kəllə sümüyünün tapılması Azərbaycan tibbinin tarixi köklərinin vacib sübutudur. 

Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Azərbaycan Tibb Tarixçiləri Birliyinin prezidenti, tarix elmləri doktoru, professor Fərid Ələkbərli deyib. 

Sarkisyanın qardaşları barədə araşdırma başladı

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşları Aleksandr və Levon barəsində araşdırmalara başlayıb. 

Xudaferin.eu xəbər verir ki, “Jamanak” qəzetinin məlumatına görə, müstəntiqlər Ermənistan və ABŞ-da biznesmenlərin fəaliyyətindən zərər çəkən insanları dindirirlər. 

FTB-nin araşdırmalarının diqqət mərkəzində Ermənistanın sabiq maliyyə naziri Qaqik Xaçatryan da var. Xaçatryan vəzifədə olduğu müddətdə bir çox biznesmenin əmlakını müsadirə edib və onların müflis olmasına səbəb olub.

Türkiyədə miqrantları daşıyan gəmi batıb: Ölənlər var

Türkiyənin Çanaqqala vilayətinin Ayvacık rayonunda göyərtəsində qanunsuz miqrantların olduğu gəminin batması nəticəsində yeddi nəfər ölüb.

Xudaferin.eu Türkiyə mətbuatına istinadla xəbər verir ki, qanunsuz yollarla Yunanıstanın Midilli adasına getməyə çalışan miqrantlardan həlak olan yeddi nəfərin hamısı Əfqanıstan vətəndaşıdır.

Ölənlərdən ikisinin uşaq olduğu bildirilir.

Qəzaya uğrayan gəmidəki miqrantlara köməyə gələn balıqçılar 13 nəfəri xilas ediblər. Xilas edilənlər dərhal xəstəxanaya yerləşdiriliblər.

Xudaferin.eu

“ASAN Viza” Bakı aeroportunda fəaliyyətə başlayıb

Bu gündən “ASAN Viza” özünəxidmət terminalları vasitəsilə Heydər Əliyev Beynəlxalq Hava Limanında əcnəbilərə vizaların verilməsinə başlanılıb.

Xudaferin.eu-nun xəbərinə görə, “ASAN Viza” vasitəsilə hava limanında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi təmin ediləcək. 

Təmas xəttində növbəti monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 16-da Xocavənd rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster keçirəcəklər.