14 May 2018

İsveçrə səfirliyinin dəstəyi ilə çəkilən “Dəyişikliklərə cəsarəti çatan cümhuriyyət qadınları” filmi nümayiş olunacaq

Bakıda İsveçrənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə çəkilən “Dəyişikliklərə cəsarəti çatan cümhuriyyət qadınları” filminin nümayişi olacaq.

 

Səfirlikdən xudaferin.eu ya verilən məlumata görə, Azərbaycan tarixində qadınların əhəmiyyətli rolundan bəhs edən film bu il İsveçrə səfirliyinin maliyyə dəstəyi ilə Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti (RİQC) tərəfindən hazırlanıb.

Film mayın 16-da Bakıdakı Yarat Müasir İncəsənət Mərkəzində təqdim olunacaq. 

 

Atəşkəs rejimi 98 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 98 dəfə pozub.

 

Xudaferin.eu nun Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Qızılhacılı, Cəfərli və Bala Cəfərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.