Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 89 dəfə pozub.
İndoneziyanın Yava adasında kilsələrdə törədilən partlayışlar nəticəsində azı 6 nəfər ölüb, 35 nəfər yaralanıb.
Xudaferin.eu xəbər verir ki, Sinxua agentliyinin Şərqi Yava polisinin nümayəndəsinə istinadla yaydığı məlumata görə, birinci partlayış Müqəddəs Mariya Katolik kilsəsinin qarşısında yerli vaxtla saat 07:15 radələrində törədilib. Sonrakı partlayışlar 5 dəqiqəyə yaxın intervalla digər iki kilsədə baş verib.
Polis nümayəndəsinin sözlərinə görə, kilsə xidmətçisi geyimində olan terrorçular binaların içərisində bombaları işə salıblar.
Almaniyanın Bonn şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) binasının qarşısında Avropada fəaliyyət göstərən Azərbaycan diasporunun fəlları bir araya gələrək “Qarabağ Problemi”nin həll edilməsi istiqamətində 1993-cü ildə bu ali qurumun Təhlükəsizlik Şurasının qətnamələrinə bu günə kimi işğalı Ermənistanın əməl etmədiyi məsələsi gündəmə gətirilmişdir.