08 May 2018

XİN: Aİ ölkələrinin şirkətləri Qarabağda qızıl çıxarır

Azərbaycan regional əməkdaşlığın fəal iştirakçılarından biridir. Eyni zamanda, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Rusiya-İran və digər üçtərəfli əməkdaşlıq formatları var.

Xudaferin.eu oxu.az-a istinadən məlumat verir ki, bunu Bakıda keçirilən Avropa İttifaqı (Aİ) - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsi mövzusunda müzakirələr zamanı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi, səfir Kamil Xasıyev bildirib.

ABŞ analitikləri: Ermənistan Qərb və Rusiya arasında ləngər vurur

ABŞ-ın “StrategEast” strateji mərkəzi siyasi inkişafın Qərb modellərinin qəbul edilməsi və həyata keçirilməsi səviyyəsinə görə postsovet ölkələrinin “Westernization Index – 2018” reytinq cədvəlini hazırlayıb. 

Xudaferin.eu xəbər verir ki, Ermənistan 100 mümkün baldan 48,5 balını toplayaraq, yeddinci yerdə qərarlaşıb. 

“Bu ölkə siyasi və iqtisadi faydaları maksimuma çatdırmaq üçün Qərb və Rusiya arasındakı münasibətləri balanslaşdırmaq istəyir”, - nəşrin məlumatında deyilir.

Xudaferin.eu

Paşinyan Ermənistanın baş naziri seçilib

Ermənistanda müxalifət lideri Nikol Paşinyan baş nazir seçilib.

Xudaferin.eu Ermənistan mətbuatına istinadən xəbər verir ki,  bu gün Ermənistan parlamentinin yeni baş nazirin seçilməsi ilə bağlı xüsusi iclasında səsvermə keçirilib.

“Yelk” (Çıxış) fraksiyasının üzvü, ölkədə başlayan etiraz aksiyalarının lideri Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyi qəbul edilib.

Qeyd edək ki, daha öncə mayın 1-nə təyin edilmiş xüsusi iclasda Ermənistan parlamenti N. Paşinyanın baş nazir vəzifəsinə namizədliyini qəbul etməmişdi.

Gömrükdə brilyant əməliyyatı - VİDEO

Azərbaycan gömrükçüləri külli miqdarda brilyant qaşların Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi cəhdinin qarşısını alıblar. 

Bu barədə Xudaferin.eu oxu.az-a istinadən məlumat verir.

Məlumata görə, DGK-nın Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb.

Yerin orbitinin kritik yerdəyişməsi sübuta yetirildi

Yupiter və Veneranın qravitasiya təsiri səbəbindən hər 405 min ildə Yerin orbiti uzanır. Bu isə iqlim dəyişikliyinə, həyatın inkişafına və kütləvi məhvlərə gətirib-çıxarır. 

Xudaferin.eu “EurekAlert” nəşrinə istinadla xəbər verir ki, Ratqersk Universitetindən Denis Kentin rəhbərlik etdiyi alimlər qrupu bu nəticəyə gəlib. 

Bununla yanaşı, nəzəri modelləşdirmə nəticələri son 50 milyon il ərzində etibarlıdır. 

Gəncədə təbiətə 8400 manat ziyan vurulub - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Xudaferin.eu-nun oxu.az-a istinadən məlumatına görə, reyd zamanı Gəncə-Yevlax magistral avtomobil yolunun kənarında yaş köküstə 3-4 sm diametrliyində 35 ədəd şam ağacının kökündən çıxarılaraq aparıldığı aşkarlanıb.

Faktla bağlı akt tərtib edilib və təbiətə 8400 manat ziyan dəydiyi məlum olub.

Cocuq Mərcanlı məktəbliləri Azərbaycan Dövlət İqtisad Universitetinə dəvət olunublar

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının müəllim və tələbələri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, onlar əvvəlcə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edərək, şəhidlərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Düsseldorfda Azərbaycan Xalq Cümhuriyyətinin və Qara Qarayevin 100 illik yubileyləri qeyd olunub

Almaniyanın Düsseldorf şəhərində Azərbaycan, rus və almandilli cəmiyyətlərin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin və dahi bəstəkar Qara Qarayevin 100 illik yubileylərinə həsr olunmuş gecə keçirilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən bildirir ki, Düsseldorf şəhərinin meri Tomas Geysep gecənin təşkilatçısı, “Pinnokio” Cəmiyyətinin rəhbəri Lalə Süleymanovaya, Azərbaycandan gəlmiş Xalq Yazıçısı Çingiz Abdullayevə təşəkkür edib.