07 May 2018

İranda güclü zəlzələ: 82 yaralı

İranın cənub-qərbində yerləşən Kohgiluyə və Boyer-Əhməd ostanında baş verən zəlzələ nəticəsində 82 nəfər xəsarət alıb.

Xudaferin.eu IRNA-ya istinadən xəbər verir ki, zəlzələ dünən yerli vaxtla gecə yarısı Yasuc şəhərini yaxınlığında baş verib. 

Yeraltı təkanların gücü 5,1 bal olub. 

Zəlzələ ocağı 5 km dərinlikdə yerləşib. Həkimlər hadisə yerində 71 nəfərə tibbi yardım göstərildiyini, 11 nəfərin xəstəxanaya yerləşdirildiyini bildiriblər.

Hava pisləşəcək - XƏBƏRDARLIQ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

İslam ölkələri Ermənistana qarşı qətnamə qəbul etdilər

İƏT Xarici İşlər Nazirləri Şurası üzv dövlətləri Xocalı soyqırımını tanımağa, Azərbaycanın “Expo-2025”-ə ev sahibliyini dəstəkləməyə çağırıb.

Banqladeş Xalq Respublikasının Dəkkə şəhərində 5-6 may tarixlərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyası keçirilib.

Oxu.Az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sessiyada Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Sabirabadda dəhşətli qəza: Altı qadın öldü - VİDEO

Sabirabad rayonunda altı nəfərin ölümü və iki nəfərin yaralanamsı ilə nəticələnən traktor qəzasının səbəbi məlum olub.

Xudaferin.eu-nun Report-a istinadən məlumatına görə, qəzaya qoşqunun traktora bağlanan hissəsindəki dəmirin yerindən çıxması səbəb olub.

Nəticədə qoşqu su kanalına aşıb. Hadisə zamanı qoşquda olan yeddi qadından altısı ölüb. Traktorun sürücüsü və qoşquda olan qadınlardan biri xəsarət alıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xudaferin.eu

Azərbaycanlı döyüşçü dünya çempionu oldu - FOTO

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Bəxtiyar Abbasov növbəti beynəlxalq titulunu qazanıb.

Xudaferin.eu xəbər verir ki, 33 yaşlı idmançımız MMA GEFC Global (Grand European Fighting Championship) dünya çempionu tituluna yiyələnib.

O, bu uğura Bakıda, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş MMA üzrə beynəlxalq turnirdə imza atıb.

Azərbaycanlı triatlonçu Dünya Kubokunda qızıl medal qazanıb

Triatlon üzrə Azərbaycanın yığmasının üzvü Rostislav Pevstov Çinin Çenqdu şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.

Azərbaycan Triatlon Federasiyasından Oxu.Az-a bildirilib ki, yarış iki mərhələdən ibarət olub.

Əvvəlcə idmançılar yarımfinalda mübarizə aparıblar. Rostislav öz yarımfinalda 5-ci olub və finala yüksəlib.

Ərdoğan Türkiyənin Suriyadakı əməliyyatının müddətini açıqladı

Türkiyə ordusu təhlükəsizlik təmin olunana qədər Suriyanın Afrin şəhərində qalacaq.

Xudaferin.eu-nun “Hürriyet”ə istinadən xəbərinə görə, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan seçicilərlə görüşündə bəyan edib.

O əlavə edib ki, növbədə İdlib, Mənbic və Tel-Rifatdır.

Türkiyə prezidentinin sözlərinə əsasən, “Zeytun budağı” əməliyyatı çox gec başlayıb.

“Biz daha tez başlamalı idik. Əgər bunu vaxtında etsəydik, Kilis (Türkiyə vilayəti) belə çox hücumlara məruz qalmazdı”, - Ərdoğan izah edib.

Nigeriyada qətliam: 45 ölü

Qərbi Afrika ölkəsi Nigeriyanın şimal-qərbində təşkil edilən silahlı hücumda ən az 45 mülki şəxs həyatını itirib.

Xudaferin.eu xəbər verir ki, Kaduna əyalətindəki Təhlküləsizlik və İdarəçilik Qrupunun yaydığı açıqlamaya görə, Gvaska kəndinə yaraqlılar hücum edib.

Onlar kənd sakinlərinə atəş açmağa başlayıblar.

Ölənlərdən başqa, çox sayda yaralı olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Xudaferin.eu

Türkiyədə sərnişinlər yanan təyyarədən təxliyyə edildi

Türkiyənin Ərzurum şəhərindəki hava limanında “Anadolujet” şirkətinə məxsus sərnişin təyyarəsinin mühərrikində yanğın olub.

Xudaferin.eu Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə təyyarənin uçuşa hazırlaşdığı zaman baş verib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın söndürülüb və yarana biləcək təhlükə aradan qaldırılıb.

Təyyarənin sərnişinləri təxliyyə olunub.

Hava gəmisi Ərzurum-İstanbul marşrutu ilə uçuşa hazırlaşırmış.

Yanğına benzin sızmasının səbəb olduğu deyilir. 

Xudaferin.eu

Yığmamız Avropada ikinci oldu

Rusiyanın (Dağıstan Respublikasının) Kaspiysk şəhərində keçirilən güləş üzrə Avropa çempionatı başa çatıb.

Xudaferin.eu-nun xəbərinə görə, sərbəst güləş yarışlarının son günündə üç medal qazanmışıq.

Bunlar iki gümüş və bir bürünc medaldır.

61 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Mircəlal Həsənzadə bürünc medal görüşündə rumıniyalı İvan Quydyaya 2:5 hesabı ilə uduzub.

İrəvan Azərbaycana məxsusdur – 1918-ci ildə yazılan məktub

Ermənistandakı etiraz aksiyalarından və Məxməri İnqilabdan sonra bir çox siyasətçilər bu gün müxtəlif yollarla insanları öz tərəfinə çəkməyə çalışır.

Bir qisim siyasətçilər Azərbaycanla müharibəyə başlayacaqlarını, digərləri isə türklərə qarşı düşmənçiliklə buna nail olmağa çalışırlar.

Hər dəfə həmin "liderlər" Azərbaycanın nəinki Dağlıq Qarabağ və ətrafındakı rayonları, həmçinin tarixi torpaqları olan İrəvan, Zəngəzur və Göyçəni geri qaytarmaq istəyinə qarşı çıxırlar.

Əfsanəvi sərkərdə Həmid Qasımbəyovun xatirəsi Baltik sahillərində əbədiləşdirildi

Rusiya Federasiyası Kalininqrad vilayətinin Baltik şəhər dumasının deputatlarının qərarı ilə əfsanəvi hərbi dəniz qoşunları donanması admiralı Həmid Həbib oğlu Qasımbəvoyun adının əbədiləşdirilməsi istiqamətində qəti addımlar atılıbdır. Belə ki, şəhərin Lenin küçəsindəki 11 saylı binanın qarşısında əfsanəvi admiralın memorial xatirə lövhəsi qoyulubdur. Şəhər dumasının qərarında qeyd olunur ki, tarix və memarlıq irsinin qorunması istiqamətində Həmid Qasımbəvoyun adının və xatirəsinin əbədiləşdirilməsi çox vacib addımlardan biridir.