06 May 2018

İƏT Ermənistanı BMT TŞ-nin Qarabağ münaqişəsi ilə bağlı müvafiq qətnamələrini yerinə yetirməyə çağırıb

5-6 may tarixlərində Banqladeşin Dəkkə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyası keçirilib. “Report” xəbər verir ki, Azərbaycanı sözügedən tədbirdə xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Türkiyə ABŞ-ı hədələyib

Vaşinqton Ankaraya “F-35” qırıcılarının tədarükünü əngəlləyəcəyi təqdirdə, Türkiyə ABŞ-a qarşı cavab tədbirləri görəcək.

Xudaferin.eu-nun RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu fikirləri CNN Turk telekanalına müsahibə verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, gələn həftə ABŞ-a səfəri zamanı bu məsələ müzakirə olunacaq.

Onun sözlərinə görə, “F-35”in satışının təxirə salnması qəbuledilməzdir.

Ruhani ABŞ-a xəbərdarlıq edib

İran prezidenti Həsən Ruhani bəyan edib ki, ABŞ hökuməti İranın nüvə sövdələşməsindən çıxarsa, peşman olacaq.

Xudaferin.eu-nun RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Reuters məlumat yayıb.

Ruhani bildirib ki, Amerika bu addımı atarsa “tarixi peşmanlıqla” qarşılaşacaq.

Həmçinin o, qeyd edib ki, İran ABŞ prezidentinin bu qərarı ilə bağlı cavab da hazırlayır.

Tramp İrandakı hakimiyyəti dəyişmək arzusundadır

ABŞ prezidenti Donald Trampın vəkili, Nyu-York şəhərinin sabiq meri Rudolf Culiani Amerika liderinin İrandakı “rejimi dəyişmək”  arzusunda olduğunu bildirib.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  Nyu-York şəhərinin sabiq meri qeyd edib ki, İranda hakimiyyətin dəyişməsi “Yaxın Şərqdə sülhün bərqərar olmasına aparan yeganə yoldur”.

 

NASA Marsa növbəti kosmik aparat göndərib

ABŞ-ın Kaliforniya ştatındakı “Vandenberq” Hərbi Hava Qüvvələri Bazasından NASA-nın robot-aparatını daşıyan “Atlas” raketi kosmosa göndərilib.

Xudaferin.eu “Reuters” agentliyinə istinadla xəbər verir ki, raketin daşıdığı “InSight” robot-aparatı Mars planetində tədqiqatlar aparacaq. Kosmik aparatın Marsın səthinə enməsi noyabrın sonuna planlaşdırılıb.

Rusiya Böyük Teatrında azərbaycanlı musiqiçilərin iştirakı ilə “Karmen” operası oynanılacaq

İyunun 7-dən 10-dək Rusiya Dövlət Akademik Böyük Teatrında J.Bizenin “Karmen” operası nümayiş etdiriləcək.

Xudaferin.eu teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində iyunun 7-də və 9-da Mikaelanın partiyasını Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva (soprano), Eskamilyonun partiyasını Əməkdar Artist Elçin Əzizov ifa edəcək.

ABŞ-ın kəşfiyyat təyyarələri Rusiya sərhədinə yaxınlaşıb

ABŞ-ın iki kəşfiyyat təyyarəsi Kalininqrad üzərində uçub.

Xudaferin.eu-nun Lenta.ru-ya istinadla verdiyi xəbərə əsasən, Qərb aviasiya resurslarının monitorinqinin məlumatında qeyd edilir ki, Amerikanın Hərbi Hava Qüvvələrinin RC-135V kəşfiyyat təyyarələrindən biri İngiltərənin Mildenholl aviabazasından uçaraq Kalininqrad üzərində 3 saat uçub.

Digər təyyarə isə Estoniyanın Emari aviabazasından uçaraq Baltik dənizi üzərində bir neçə saat dövr edib.

Xudaferin.eu

“Rosneft”in vitse-prezidenti: Ermənilər, kimə lazımsınız? – VİDEO

Rusiyanın “Rosneft” neft şirkətinin vitse-prezidenti, məşhur jurnalist Mixail Leontyev “Komsomolskaya pravda” radio proqramında Ermənistanda baş verən hadisələrlə bağlı ermənilərə qarşı kəskin çıxış edib.

Xudaferin.eu-nun xəbərinə görə, verilişdə çıxış edən Leontyev bildirib ki, Rusiya Ermənistanı qanı və qazı bahasına xilas edib:

“Ayrılmaq” istəyirsinizsə, rədd olun! Kimə lazımsınız?”.

Veriliş zamanı Ermənistanı “boğmaq”, eləcə də, “ermənilər qardaş xalq Azərbaycanla Rusiyanın dostluğuna mane olur” fikirlərini səsləndirilib.