01 May 2018

Rəşid Behbudova həsr edilən sənədli filmin təqdimatı olacaq

Mayın 4-də Nizami Kino Mərkəzində Xalq Artisti Rəşid Behbudova həsr edilən "Nəğmə dolu bir ürəyəm" sənədli filminin təqdimatı olacaq.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm" studiyasında istehsal olunub.

Rauf Məmmədovun rejissoru olduğu tammetrajlı sənədli filmin təqdimatı saat 19:00-da baş tutacaq.

Xudaferin.eu

Azərbaycan Çində tələbələrin beynəlxalq mədəniyyət festivalında təmsil olunur

Pekin Elm və Texnologiya Universitetində keçirilən tələbələrin beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, müxtəlif ölkələri təmsil edən tələbələrin mədəni əlaqələrini asanlaşdırmaq məqsədi daşıyan beynəlxalq mədəniyyət festivalında Çin universitetlərində təhsil alan əcnəbi tələbələr ölkələrini, milli mədəniyyətlərini tanıdıblar.

Sumqayıt teatrı IV Türk Dünyası Teatr Festivalında uğurla çıxış edib

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti Türkiyədən qayıdıb. Teatrın truppası IV Türk Dünyası Teatr Festivalında iştirak edib.

Xudaferin.eu AZƏRTAC-a istinadən bildirir ki, Sumqayıt teatrı festivalda tanınmış türk dramaturqu Turqut Özakmanın “Ocaq” əsəri ilə çıxış edib. Teatrın baş rejissoru, Əməkdar Artist Firudin Məhərrəmovun quruluş verdiyi tamaşada rolları Əməkdar artistlər Fəranə Musayeva, Rauf Ağakişiyev, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Xatirə Süleymanova, İlahə Səfərova və Şəmistan Süleymanlı canlandırıblar.

“Vikipediya”da Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş müsabiqə elan edilib

Azərbaycan dilindəki “Vikipediya”da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən məqalə müsabiqəsi elan edilib.

AZƏRTAC-a “Azərbaycan Vikimedia könüllüləri” İctimai Birliyindən bildiriblər ki, mayın 31-dək davam edəcək müsabiqədə Xalq Cümhuriyyətinin tarixində rolu olan şəxslər, hadisələr, qurumlar və s. müxtəlif mövzular barədə “Vikipediya” məqalələri yaradılacaq, mövcud məqalələr isə təkmilləşdiriləcək. Yaradılması və təkmilləşdirilməsi tövsiyə olunan məqalələrin siyahısı hazırlanaraq “Vikipediya”da yerləşdirilib.

Dünyada turistlərin sayının 40 faizdən çoxu Avropaya düşür

Avropa turistlər üçün ən cəlbedici qitə kimi qalır. Keçən il Avropa İttifaqı ölkələrinə 538 milyon turist səfər edib. Bu, əvvəlki ildəki ilə müqayisədə 8 faiz çoxdur.

Dünya Turizm Təşkilatının (DTT) rəhbəri Zurab Pololikaşvili Aİ ilə tərəfdaşlıq şəraitində hazırlanmış yeni məruzənin dərc edilməsi ilə əlaqədar deyib: “Turizm sahəsində davamlı artım Avropada və bütün dünyada bir sıra ölkələrin iqtisadi dirçəlişinə şərait yaradıb və iş yerlərinin sayının artması ilə nəticələnib”.

İsraildə müharibə haqqında qanun qəbul olundu

İsrail parlamentində ikinci və üçüncü oxunuşdan, hökumət başçısı və ya hərbi komandanlığa  müharibə və ya irimiqyaslı hərbi əməliyyat elan etmək səlahiyyəti verən qanun qəbul olunub.

Xudaferin.eu xəbər verir ki, bu barədə “Newsru.co.il” məlumat yayıb.

Qanuna əsasən, təcili hallarda ölkənin baş naziri və ya müdafiə naziri,  kabinetin digər üzvlərinin razılığı olmadan belə müharibə elan edə biləcək.

Xudaferin.eu

Alp dağlarında faciə: Turistlər həlak olub

İsveçrənin Alp dağlarında əlverişsiz hava şəraiti ilə əlaqədar dörd turist həlak olub.

Xudaferin.eu xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Məlumata görə, Vale kantonunda  3157 metr yüksəklikdə yerləşən “Vinyet” düşərgəsinə qayıdan alpinistlər qar çovğununa düşüb.  

Onlardan biri dağın yamacından yıxılaraq ölüb. Digər üç nəfər donvurmadan dünyasını dəyişib.Bundan başqa beş nəfərin xəstəxanaya yerləşdirildiyi xəbər verilir. 

Qurbanlar İtaliya, Fransa və Almaniya vətəndaşlarıdır. 

Xudaferin.eu

ADR–100: Muğan Sovet Respublikasının ləğvi və Qarabağdakı hadisələr

Oxu.Az Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş, “ADR–100” layihəsi çərçivəsində silsilə məqalələrin yayımını davam etdirir.

Növbəti məqalə iyul 1919-cu ildə baş vermiş hadisələrə işıq salır.

Denikinin müəyyən edilmiş məsafəyə çəkilməməsi səbəbindən hökumətlə müttəfiq qüvvələrin nümayəndələri arasında münaqişələr başladı. Denikinin nümayəndəsi general Erdeli Azərbaycanı tərk etmək məcburiyyətində qaldı.

Qubada fıstıq ağacları qanunsuz kəsilib - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları  tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib. 

ETSN-dən Oxu.Az-a verilən məlumata görə, reyd zamanı Quba rayonu II Nüqədi kəndində fəaliyyət göstərən yeşik sexində qanunsuz yolla əldə edilmiş 4.05 m3 həcmində fıstıq cinsinə məxsus meşə materialı aşkar olunub  və meşə fonduna 700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Casus qalmaqalı yenidən alovlanır

ABŞ hökuməti Rusiyanın Sietldəki baş konsulluğu üzərindəki Rusiya bayrağını götürüb. 

Xudaferin.eu xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi Rusiyanın ABŞ-dakı səfirliyinə istinadən məlumat yayıb. 

“Bu gün gecə saatlarında Rusiyanın Sietldəki baş konsulluğunun binası üzərində olan Rusiya Federasiyasının dövlət bayrağı ABŞ hökuməti tərəfindən götürülüb. 

Vaşinqtonun beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, Rusiyanın dövlət rəmzinə qarşı atdığı bu addım qəbuledilməzdir”, - məlumatda deyilir. 

Güləşçimiz Rusiya idmançısını yenib AÇ-nin finalına çıxdı

Bu gün Rusiyanın (Dağıstan) Kaspiysk şəhərində güləş üzrə Avropa çempionatı (AÇ) start götürüb.

Xudaferin.eu oxu.az-a istinadən xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq çəki dərəcələrində mübarizə olub.

Üç idmançımız sabah medal uğrunda döşəyə çıxacaq. Bunlar Eldəniz Əzizli, Elvin Mürsəliyev və İslam Abbasovdur. Onların hər üçünün də 1/2 finaldakı rəqibi meydan sahibi Rusiya idmançıları olsa da, yalnız Eldəniz finala çıxa bilib.

Əfqanıstanda BBC-nin jurnalisti öldürülüb

Əfqanıstanda naməlum şəxslər BBC teleradio şirkətinin jurnalisti Əhməd Şahı qətlə yetirib.

Xudaferin.eu xəbər verir ki, bu barədə “TOLONews” məlumat yayıb.

İnsident Host bölgəsində baş verib. Məlumata görə, jurnalist evə qayıdan zaman motosikletdə olan silahlı şəxslər ona yaxınlaşaraq  atəş açıb.  

BBC-nin direktoru Cemi Anqus öz “Twitter” hesabında Şahın ölümü xəbərini təsdiqləyib.

İsrail və İran arasında müharibə başlayır – İDDİA

İsrail baş naziri Binyamin Netanyahunun xalqına edəcəyi müraciət, sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

Xudaferin.eu  xəbər verir ki, bu barədə İTV telekanlı məlumat yayıb. 

İsrailli sosial şəbəkə istifadəçiləri  İranın qarşıdakı 48 saat ərzində İsrailə qarşı hərbi əməliyyatlara başlamağı planlaşdırdığını və hökumətin bununla bağlı kəşfiyyat məlumatı əldə etdiyini iddia edir.

İddiaya görə, İsrail baş naziri ən qısa zamanda bununla bağlı xalqa müraciət edəcək.

Xudaferin.eu

Qərb İŞİD-ə qarşı müharibəni dayandırdı

ABŞ-ın başçılıq etdiyi Qərb koalisiyası İraqda İŞİD-ə qarşı irimiqyaslı döyüş əməliyyatlarının başa çatdığını elan edib.

Xudaferin.eu xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Müştərək quru qüvvələri komandanlığının qərargahı bu gündən etibarən Bağdadda fəaliyyətini dayandırıb. Bu İraqda İŞİD-ə qarşı irimiqyaslı döyüş əməliyyatlarının başa çatdığını və koalisiyanın şəxsi heyəti və tapşırıqlarının dəyişdiyini simvolizə edir”, - deyə koalisiyanın bəyanatında qeyd olunur.

Rusiyada tank adamları əzdi – VİDEO

Sankt-Peterburqda “Döyüş dəmiri” festivalında “T-60” tankı iki nəfəri əzib.

Xudaferin.eu xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Məlumata görə, zərərçəkənlər tankın üzərində əyləşib. Hərbi texnika kiçik yoxuşdan enən zaman onlar müvazinətlərini itirib və tankın tırtıllarının altına yıxılıb.

Məlumata görə, zərərçəkənlərdən biri topuğunu sındırıb, digəri yüngül bədən xəsarətləri alıb.

Putin və Netanyahu təcili görüşəcək

Netanyahunun İranın nüvə proqramı ilə bağlı qalmaqallı bəyanatından sonra, onunla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Xudaferin.eu xəbər verir ki, bu barədə İsrail hökumət başçısının sosial şəbəkə hesabında məlumat yayılıb.

“Bu gün axşam saatlarında İranın hərbi nüvə proqramı ilə bağlı sənədlərin ictimailəşdirilməsindən sonra baş nazir Binyamin Netanyahu ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Araqçı: Netanyahunun dedikləri mənasız şoudur

İranın xarici işlər nazirinin müavini Abbas Araqçı İsrail baş naziri Binyamin Netanyahunun İranın hərbi nüvə proqramını dünyadan gizlətməsi ilə bağlı iddiasını qəti şəkildə rədd edib.

Xudaferin.eu xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

“Bu bəyanat sadəcə cəfəngiyyatdır. Netanyahunun Trampın nüvə proqramı ilə bağlı qərarını 10 gün gözləməsi faktı özlüyündə bunun bir teatr olduğunu sübut edir. İsrail səhnədə öz rolunu ən yüksək səviyyədə ifa edib”, - deyə Araqçı bildirib.

Xudaferin.eu

Ölkəyə gətirilən bəzi materiallar gömrük rüsumundan azad edildi

Energetika Nazirliyinin təsdiqedici sənədlərinə əsasən, iri neft emalı zavodlarının yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və materiallar gömrük idxal rüsumuna cəlb olunmayacaq.

Xudaferin.eu xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında müvafiq dəyişiklik edib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2021-ci il dekabrın 31-dək qüvvədədir.

Netanyahu: İranın nüvə proqramının gizli arxivini aşkarlamışıq

İsrail kəşfiyyatı İranda hərbi nüvə proqramının mövcud olmasını sübuta yetirən yarım tona yaxın məxfi material əldə edib.

Xudaferin.eu xəbər verir ki, bu barədə, İsrail baş naziri Binyamin Netanyahu açıqlama verib.

İsrailin hökumət başçısı Tel-Əvivdə xüsusi bəyanatla çıxış edib. Netanyahu İranın Vyanada bağlanmış nüvə sazişinin tələblərini pozduğunu iddia edən sənədləri təqdim edib.

“Söhbət dünya ictimaiyyətinin buna qədər xəbərsiz olduğu sənədlərdən gedir. Bu sənədlərin əldə olunması İsrail kəşfiyyatının ən böyük nailiyyətlərindəndir.

İranda qadınlar kişi cildində stadiona daxil oldu

İranda bir neçə qadın futbol matçında tamaşaçı qismində iştirak etmək üçün kişi kimi geyinərək üzlərinə saxta bığ-saqqal yapışdırıb.

Xudaferin.eu xəbər verir ki, hadisə İranın futbol çempionatında “Persopolis”lə “Sepidrud Reş” klubu arasında keçirilən matçda qeydə alınıb.

Maraqlıdır ki, nə stadionun təhlükəsizlik əməkdaşları, nə də tribunada olan kişilər həmin azarkeşlərin əslində qadın olduqlarının fərqinə varmayıb.

Qeyd edək ki, matçda “Sepidrud Reş” komandası 3:0 hesabı ilə qalib gəlib.

Xudaferin.eu

Gürcüstanda ictimai yerlərdə siqaret çəkmək qadağan edildi

Gürcüstanda mayın 1-dən ictimai yerlərdə, o cümlədən, otellərdə, restoranlarda, kafe və barlarda siqaretin çəkilməsini qadağan edən qanun qüvvəyə minib.

Xudaferin.eu xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Yeni qaydalara görə, qadağaya məhəl qoymayan vətəndaş 100 lari (təx.70 manat), fərdi obyektin sahibi isə 500 lari (təx.350 manat) məbləğində cərimələnəcək. Qaydanın təkrar olaraqpozulmasına görə 1000 lari (təx. 700 manat) cərimə nəzərdə tutulub.

Xudaferin.eu