25 April 2018

Yerevanda xaos: Vəziyyət nəzarətdən çıxır – FOTO

Ermənistanda kütləvi etiraz aksiyaları davam edir. Müxalifət lideri Nikol Paşinyanın tərəfdarları Yerevanda bir neçə küçəni bağlayıblar. 

Xudaferin.eu xəbər verir ki, Ermənistan paytaxtına canlı qüvvə və zirehli texnikalar yeridilib. 

Qeyd edək ki, aprelin 23-də 11 günlük etiraz aksiyalarından sonra Serj Sarkiyan istefa verdiyini açıqlayıb. Onun vəzifədən getməsindən sonra bir həftə ərzində Milli Məclis baş nazir postuna yeni namizədin adını açıqlamalıdır.

Suriyada vurulmuş raketlərin sayı Putinə məruzə olundu

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İstismar İdarəsinin rəisi, general-polkovnik Sergey Rudskoy Rusiya prezidenti Vladimir Putinə koalisiya tərəfindən “Pantsir”, “BUK”, “C0125” və digər komplekslərdən buraxılan 46 qanadlı raketin Suriyanın silahlı qüvvələri tərəfindən məhv edilməsini təsdiqləyən sübutlar təqdim edib. 

Xudaferin.eu bununla bağlı Rusiya KİV-ə istinadla xəbər verir. 

KİV üçün yeni cəzalar müəyyənləşib

İnzibati Xətalar Məcəlləsinə 517-2.15 maddəsinin əlavə edilməsi təklif olunur.

Xudaferin.eu-nun məlumatına görə, Azərbaycan prezidenti tərəfindən Milli Məclisə göndərilən layihədə hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) tətbiq edilmiş kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejiminə əməl etməyə görə, vəzifəli şəxslərin 1000 manatdan 1500 manata qədər, hüquqi şəxslərin isə 6 000 manatdan 8 000 manata qədər cərimələnməsi nəzərdə tutulur.

Mitinq və aksiyalara görə qadağaları pozanlara yeni cəzalar təklif edilir

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təklif olunur.

Xudaferin.eu xəbər verir ki, dəyişikliklərə əsasən, mitinq, küçə yürüşləri, nümayiş, piket və digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qadağaların pozulmasına görə yeni cəzalar müəyyənləşdirilir.

“Youtube” milyonlarla videonu silib

“Youtube” irqçi, cinsi zorakılıq əlamətləri olan və uşaqlar üçün zərərli videoları silməyə davam edir.

Xudaferin.eu xəbər verir ki, şirkət üç ayda 8,3 milyon video silib.

Bu barədə “Google” şirkəti məlumat yayıb.

Videoların silinməsinin ən maraqlı tərəfi isə 80%-nin xüsusi aparatlar tərəfindən həyata keçirilməsidir.

“Youtube” tərəfindən verilən açıqlamaya görə, videoların 76%-i, təxminən 6,7 milyonu isə yayıma girmədən silinib.

Xudaferin.eu

Ermənistan yenidən qarşıdurmalar astanasında

Yerevanda - Respublika meydanında etiraz aksiyalarına start verilib.

Xudaferin.eu “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, etirazçılar gur musiqi altında rəqs edirlər. 

Onların bəziləri yolun hərəkət hissəsinə çıxıblar. Polislər etirazçılara mane olmayıb. Yolda hərəkət edən maşınlar isə siqnallarla onlara dəstəklərini nümayiş etdiriblər. 

Etirazçılar Aboyan və Tirqan Metsa küçələrini bağlayıblar. 

Kəndliləri təhqir edən metro rəsmisi özünü günahkar saymır

Xəbər verdiyimiz kimi, ötən gün “Bakı Metropoliteni”nin Marketinq və Reklam şöbəsinin rəisi Lalə Babayeva fikirləri ilə diqqət çəkmişdi.

Xudaferin.eu-nun məlumatına görə, o, rayondan gələn əhalini təhqir edərək “Çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı. Həm təmiz, həm də rahat metro olardı” sözlərini yazmışdı.

Onun nifrət dolu bu rəyi sosial mediada birmənalı qarşılanmadı və ona qarşı “Hamımız kəndçiyik” həşteqi ilə kampaniya başladıldı.

Daha sonra Babayeva yaranan qalmaqalı sakitləşdirmək üçün əhalidən üzr istədi. 

“Saipem” Azərbaycanı tərk etdi

Daha dörd xarici şirkət ölkədəki nümayəndəliyini və filialını bağlayıb. 

Xudaferin.eu Vergilər Nazirliyinə isitinadən xəbər verir ki. “ABB. AS” şirkətinin Azərbaycan respublikasındakı filialı ləğv olunduğunu elan edib. 

Keditorlar tələblərini Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi, ev 90a, Landmark Ofis Plaza, 12-ci mərtəbə ünvanına bildirə bilərlər.

Ər-Riyad Qətəri təhdid etdi

Qətər ABŞ dəstəyindən məhrum olmaq istəmirsə, Suriyaya öz qoşunlarını göndərməlidir. 

Xudaferin.eu xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr deyib. 

O qeyd edib ki, əgər ABŞ Qətərə dəstəyini dayandırsa, bir həftə ərzində bu ölkədə hakimiyyət devriləcək. 

Ötən ilin iyunundan Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreyn Qətəri terrorçulara dəstəkdə ittiham edərək, bu ölkə ilə diplomatik əlaqələri kəsmişdi. 

Xudaferin.eu

Fuad Muradov: Əmin olun ki, diqqətdən kənarda qalmayacaqsınız

Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunan Fuad Muradov təyinatı ilə bağlı öz fikirlərini bölüşüb.

Xudaferin.eu xəbər verir ki, o, bu haqda öz “Facebook” hesabında paylaşım edib:

“Əziz dostlar və xaricdə yaşayan həmvətənlərimiz. Bu yüksək etimada görə cənab prezidentə dərin təşəkkürümü bildirirəm. Mənə ünvanladığınız çoxsaylı təbrik məktubları, mesajları və zənglərə görə hər birinizə minnətdaram.

Tramp ermənilərin arzusunu ürəyində qoydu

ABŞ prezidenti Donald Tramp aprelin 24-də ABŞ prezidentlərinin ənənəvi mesajında 1915-ci il hadisələri ilə bağlı “soyqırım” ifadəsini işlətməyib. 

Xudaferin.eu xəbər verir ki, bunun əvəzinə o, “böyük fəlakət” ifadəsini işlətməyə üstünlük verib.

Ermənilərin və erməni diasporunun gözləntilərinə baxmayaraq, Tramp sabiq prezident Barak Obamanın ənənəsini pozmayıb

“Bu gün 1915-ci ildəki dəhşətli hadisəni xatırlayır və anırıq”, - o qeyd edib.

Xudaferin.eu