24 April 2018

Dağıstanda döyüşlər: Yaraqlılar məhv edildi

Dağıstanın Dərbənd rayonunda təhlükəsizlik orqanlarının əməkdaşları ilə terrorçular arasında silahlı insident baş verib. 

Xudaferin.eu TASS agentliyinə istinadla xəbər verir ki, əməliyyat zamanı qanunsuz quldur dəstəsinin iki üzvü öldürülüb. 

Qeyd edilib ki, insident güc strukturlarının meşə massivində apardığı yoxlamalar zamanı baş verib.  

Xudaferin.eu

Torontodakı teraktda erməni izi - VİDEO + FOTO

Kanadanın Toronto şəhərindəki insidentin təfərrüatı məlum olub. 

Xudaferin.eu bununla bağlı Rusiya mətbuatına istinadla xəbər verir. 

Şimali York rayonunda baş verən hadisə zamanı sürücü avtomobilini insanların üzərinə sürüb. Polis departamentinin rəhbəri bəyan edib ki, ilkin məlumatlara görə, sürücü şüurlu şəkildə hadisəni törədib. Buna görə də insident terror aktı kimi qiymətləndirilib. 

Hadisənin rezonans doğurmasına səbəb “Böyük yeddilik” ölkələrinin XİN rəhbərlərinin görüşünün Torontoda keçirilməsi olub. 

Eldar Mahmudovun məhkəməsi başlayıb

Bu gün Yasamal Rayon Məhkəməsində “MTN işi”ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayevin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova qarşı iddiası əsasında məhkəmə başlayıb.

Xudaferin.eu-nun Report-a istinadən xəbərinə görə, hakim Sərdar Mehrəliyevin sədrliyi ilə keçirilən prosesdə cavabdeh Eldar Mahmudov iştirak etməyib. 

Zalda iştirak edən bir nəfər özünü E.Mahmudovun qaynı kimi təqdim edib. O deyib ki, sabiq nazirin məhkəməyə verildiyini aprelin 23-də biliblər. Onun sözlərinə görə, E.Mahmudov qızı ilə eyni ünvanda qeydiyyatdadır.

Erməni terrorçularının lideri öldürüldü

Üçmüədzində “Erkrapa” terrorçular birliyi sədrinin müavini, 46 yaşlı Nver Ovannisyana qarşı sui-qəsd təşkil olunub. 

Xudaferin.eu bildirir ki, bu barədə Shamshyan.com saytı məlumat yayıb. 

Ovannisyan hücum zamanı aldığı bıçaq xəsarəti nəticəsində ölüb. 

Hadisə Aramavir vilayətində baş verib. O, yerli vaxtla 18:50-də Vaqarşapat tibb mərkəzinə çatdırılıb. 

Qeyd edək ki, “Erkrapa” qruplaşmasının üzvləri Dağlıq Qarabağda dəfələrlə diversiya və teraktlar törədib. 

Naxçıvan Konstitusiyasına dəyişikliklər təsdiqləndi

Parlamentin bu gün keçirilən iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” layihə müzakirəyə çıxarılıb.

Xudaferin.eu xəbər verir ki, layihəni parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. 

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasında keçirilən son referendumun nəticələri səsə qoyulub və ikinci səsvermə ilə təsdiqlənib.

Azərbaycan XİN Sarkisyanın istefasını şərh etdi

Serj Sarkisyanın rəhbərlik etdiyi hərbi diktatura rejiminin hakimiyyətdən getməsindən sonra Ermənistanda hakimiyyətə sağlam siyasi qüvvələrin gələcəyinə ümidvarıq.

Xudaferin.eu bildirir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edə biləcəyini şərh edən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Peşə təhsili ilə bağlı qanun qəbul olundu

“Peşə təhsili haqqında” qanun layihəsi parlamentdə 3-cü oxunuşda müzakirəyə çıxarılıb.

Xudaferin.eu xəbər verir ki, layihəni təqdim edən parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, layihədə birinci və ikinci oxunuşda deputatlar tərəfindən səsləndirilən təkliflər nəzərə alınıb: 

“Bundan sonra qanun layihəsi xeyli təkmilləşdirilib. Qanunun əsas anlayışlarından yeddi maddə çıxarılıb”.

Sonda qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Xudaferin.eu

Erməni inqilabı, 12 may mitinqi və Qarabağ

“…Qarabağı geri almaq sizə asan olmayacaq. Azərbaycanın siması ilbəil pisə doğru dəyişir. Avtoritarizmə yönəlik hər addım sizi Qarabağdan uzaqlaşdırır. Demokratik ölkə qura bilməsəniz kimsə orada yaşamaq istəməyəcək. Beynəlxalq ictimaiyyət sizi dəstəkləməyəcək”.
Bu sözləri ötən il bir avropalı jurnalist dostum demişdi. Onunla görüş təəssüratımı “Solovyov, Petruşka və acı Qarabağ həqiqəti” yazısında yazmışam, ürək ağrısıyla.

***

Dünən erməni xalqı bütün dünyaya öz iradəsini nümayiş etdirdi – demokratiya mücadiləsində istəyinə çatdı!

Ürək üçün ən zərərli beş dərman

Tayvandan olan bioloqlar dünyanın ən populyar beş ağrıkəsicisi ilə bağlı tədqiqat aparıb.

Xudaferin.eu “mir-press.com”a istinadən xəbər verir ki, tədqiqatda ara-sıra təzyiqləri qalxan 56 min insan iştirak edib.

Ekspertlər “böyük beşliyə” daxil olan ağrıkəsicilərin (ibuprofen, diklofenak, naproksen, selekoksiba, mefamin turşusu) insan orqanizminə təsirlərini hərtərəfli şəkildə araşdırıb.

Məlum olub ki, ibuprofen hər 305 nəfərdən birində ürək çatışmazlığına yol açır. Selekoksibin qəbulu zamanı isə hər 105 nəfərdən birində anoloji fəsad izlənilib.

Gömrük Komitəsinin əməkdaşı qətlə yetirilib

Sumqayıt şəhərində qətl hadisəsi törədilib.

Xudaferin.eu Report-a istinadla xəbər verir ki, hadisə Abşeron-Sumqayıt ərazisini birləşdirən Saray qəsəbəsi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verib.

Abşeron rayon Saray qəsəbə sakini, 1987-ci il təvəllüdlü Əsgərov Sücayət Əhməd oğlu naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb. 

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan şəxs Reanimasiya Şöbəsində dünyasını dəyişib.

Sücayət Əsgərov Dövlət Gömrük Komitəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

G7 ölkələri Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

“Böyük yeddilik” ölkələri Donbasdakı vəziyyətə görə Rusiyaya qarşı yeni sanksiyaların hazırlandığını bəyan edib. 

Xudaferin.eu TASS agentliyinə istinadla xəbər verir ki, bununla bağlı G7 ölkələrinin xarici işlər nazirlərinin birgə bəyanatında deyilir.

Bəyanatda bildirilib ki, sanksiyaların müddəti Rusiyanın Minsk razılaşmasının müddəalarının tam icra olunmasından asılıdır. 

Nazirlərin sözlərinə görə, Rusiya üzərinə götürdüyü öhdəliklərə əməl etdikdən sonra sanksiyalar ləğv ediləcək. 

Xudaferin.eu 

Türkiyədə zəlzələ: Yaralılar var

Türkiyədə – Adıyaman əyalətinin Samsat rayonunda 5,1 bal gücündə zəlzələ baş verib.

Xudaferin.eu Türkiyə mətbuatına istinadla xəbər verir ki, zəlzələdən sonra məktəblərdə tətil elan edilib.

Zəlzələ nəticəsində 13 nəfər yaralanıb. Dağıntılar altında qalan 147 baş xırdabuynuzlu heyvan ölüb.

Böyük sarsıntıdan sonar bir saat içində daha səkkiz təkan qeydə alınıb. Dağıntılar var.

Kaspşik cəbhədə monitorinq keçirəcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 25-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Xudaferin.eu bildirir ki, Müdafiə Nazirliyindən Oxu.Az-a  verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər.

AİB Azərbaycana kredit ayıracağını açıqladı

Asiya İnkişaf Bankı (AİB) nəqliyyat, enerji və qeyri-neft sektorunun effektivliyinin artırılmasına kredit ayırmağı planlaşdırır.

Xudaferin.eu xəbər verir ki, 2018-2020-ci illər üzrə təsdiqlənən biznes-plan çərçivəsində 900 mln. dollar vəsaitin ayırılması nəzərdə tutulur:

“Bank ortamüddətli dövr üçün ticarət, kiçik və orta biznes, infrastrukturun inkişafı sahəsində layihələri maliyyələşdirməyi planlaşdırır.

Ermənistan prezidenti ölkədəki etirazların səbəbini açıqladı

Etiraz aksiyalarına Ermənistanda xalqın gələcəyə inamının olmaması, sosial çətinliklər və narazılıqlar səbəb olub. 

Xudaferin.eu Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Armen Sarkisyan deyib. 

O əlavə edib ki, Serj Sarkisyanın toqquşmalardan qaçmaq üçün istefa verməsini yüksək qiymətləndirir. 

Qeyd edək ki, aprelin 13-dən Yerevanda Sarkisyanın baş nazir təyin edilməsinə qarşı etirazlar başlayıb.

Dünən Sarkisyan istefa verdiyini açıqlayıb. 

Xudaferin.eu

BMT-dən Qarabağ münaqişəsi tərəflərinə - ÇAĞIRIŞ

BMT-nin baş katibi Antonio Quterreş Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ probleminin dinc yolla nizamlanması üzrə səyləri fəallaşdırmağa çağırıb.

Xudaferin.eu-nun xəbərinə görə, Antonio Quterreşin bəyanatı təşkilatın rəsmi saytında yerləşdirilib.

Baş katib ATƏT-in Minsk qrupunun tərəfləri təmas xətti boyunca istənilən potensial eskalasiyanın qarşısını almağa və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri fəallaşdırmağa çağıran bəyanatına qoşulduğunu bildirib.

Şoyqu: İŞİD başqa regionlara köçürülür

Rusiya müdafiə naziri Sergey Şoyqu deyib ki, Suriya və İraqdan çıxarılmasından sonra İŞİD terrorçuları Mərkəzi və Cənub-şərqi Asiyaya köçürülüb. 

Xudaferin.eu bununla bağlı “RİA Novosti” agentliyinə istinadla xəbər verir. 

“Suriya və İraqdan çıxarılan İŞİD terrorçuları Mərkəzi və Cənub-şərqi Asiyaya yerləşdirilir. Orada yeni  terror hücrələri yaradılır”, - Şoyqu bu sözləri ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) ölkələrinin müdafiə nazirlərinin görüşündə deyib. 

Yeni bir gənc komitəyə gətirildi - Nazim İbrahimov qovuldu

Azərbaycanın Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub.

Xudaferin.eu-nun məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamda əks olunub.

Sərəncama əsasən, deputat Fuad Rauf oğlu Muradov komitəyə sədr təyin olunub. Qeyd edək ki, komitəyə buna qədər Nazim İbrahimov rəhbərlik edib.

Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti ümidvardır ki, yeni sədr Nəzim İbrahimovun səhvlərini təkrar etməyəcək və bütün soydaşlarla əməkdaşlıq edəcək, Qarabağ məsələsini prioritet sayacaq.