23 April 2018

Ərdoğan deputatlara görə parlamenti tərk etdi

Türkiyə böyük millət məclisində  parlamentin açılışının 98-ci il dönümü və uşaqlar günü münasibəti ilə keçirilən xüsusi iclasda gərgin anlar yaşanıb.

Xudaferin.eu xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın da iştirak etdiyi iclasda  hakim Ədalət və İnkişaf partiyası və Cumhuriyyət Xalq partiyasından olan deputatlar arasında mübahisə düşüb.  

Türkiyə prezidenti yaşanan sərt polemikanı “rəzalət” adlandıraraq,  iclas zalını tərk edib.

Azərbaycanda təhsil naziri təyin olundu

Azərbaycan prezident İlham Əliyev yeni təhsil nazirinin təyin olunması haqda sərəncam imzalayıb.

Xudaferin.eu-nun xəbərinə görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov məlumat verib:

“Dövlət başçısı bu vəzifəyə hazırda nazir səlahiyyətlərini icra edən təhsil nazirinin müavini Ceyhun Bayramovu təyin edib. Təbrik edirik! Ölkəmiz, təhsilimiz üçün xeyirli-uğurlu olsun!”

Rəsmi sərəncamın yaxın vaxtlarda elan olunacağı gözlənilir.

Xudaferin.eu

El bir olsa dağ oynadar yerindən

Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib.

Xudaferin.eu-nun xəbərinə görə, bu barədə “News.am” saytı məlumat yayıb.

Qeyd edək ki, Ermənistanda Serj Sarkisyanın baş nazir olmasına etiraz əlaməti olaraq aksiyalar aprelin 13-dən başlayıb. Aprelin 17-dən isə müxalifət Məxməri İnqilabın başlandığını elan edib.

Xudaferin.eu

Tovuzlu oyma ustası el sənətini gənclərə öyrədir—Fotolar

Tovuzun Alakol kənd sakini Alı Əsgərov ömrünün 40 ilini oyma sənətinə həsr edib. Uzun illər rayonun Alakol kəndində müəllim işləyən Alı Əsgərov oyma sənətinin sirlərini oğlu ilə yanaşı, digər gənclərə də öyrədib. İndiyədək ağac və dəmir üzərində çoxlu əsər yaradan usta Alı milli bədii elementləri özündə əks etdirən əl işləri ilə tanınır.

Türkiyənin Daşkənddə keçirilən uşaq günü mərasimində Azərbaycan da təmsil olunub

Daşkənddə Türkiyənin Milli Suverenlik və Uşaqlar Günü münasibəti ilə keçirilən bayram mərasimində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də iştirak edib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, “Türküstan” konsert sarayının yay salonunda keçirilən tədbirdə Daşkənddəki bir sıra mədəniyyət mərkəzləri onlar üçün ayrılan pavilyonlarda mədəniyyətlərini və milli mətbəxlərini nümayiş etdiriblər.

ABŞ Yaponiyaya Çini üstələmək üçün yeni “görünməyən” qırıcı təklif edəcək

ABŞ-ın müdafiə sənayesi sahəsində tanınmış “Lockheed Martin” şirkəti Yaponiyaya gizlilik texnologiyası ilə təchiz edilən qırıcıların konstruksiyasını təklif etməyi planlaşdırır.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, yeni konstruksiyanın ixracı qadağan edilən “F-22 Raptor” və təkmilləşmiş “F-35 Lightning II” qırıcılarına oxşayacağı bildirilir.