22 April 2018

Əfqanıstanda daha bir partlayış törədilib

Əfqanıstanda daha bir partlayış törədilib. Hadisə nəticəsində azı 7 nəfər həlak olub.

Xudaferin.eu RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Əfqanıstanın şimal-şərqindəki Baqlan əyalətindəki seçici qeydiyyatı mərkəzi qarşısında törədilən partlayış zamanı 10 nəfər yaralanıb.

Qeyd edək ki, bu gün ilk partlayış Kabildə seçicilərin qeydiyyat mərkəzi törədilmişdi. Partlayış nəticəsində 31 nəfər ölüb, 50 nəfərdən çox insan yaralanıb.

Serj Sarkisyan ilə Nikol Paşinyan arasında bir neçə dəqiqə davam edən görüş nəticəsiz qalıb

Ermənistanın baş naziri Serj Sarkisyan ilə onun təyinatına qarşı çıxan etiraz aksiyasının lideri, parlamentin deputatı Nikol Paşinyan arasında keçirilən görüş bir neçə dəqiqə davam edib.

Xudaferin.eu RİA Novosti-yə istinadla xəbər verir ki, görüşdə baş nazir bu cür aksiyaların qanuni hakimiyyətin şantajı olduğunu bildirib və hüquq müstəvisinə qayıtmağı tövsiyə edib. Əks halda bütün məsuliyyətin Nikol Paşinyanın üzərinə düşəcəyini bildirib.

Çində iki qayığın toqquşması nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb

Çinin cənubundakı Quansi Cuan muxtar rayonunda çayda iki "əjdaha" qayığının toqquşması nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb. Bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

Xudaferin.eu xəbər verir ki, hadisə şənbə günü Taoxuacian çayında ənənəvi Çin “Əjdaha qayıq”larının yay bayramına hazırlığı zamanı baş verib. Qəza baş verəndə iki qayıqda, ümumilikdə, 57 nəfər olub. Köməyə gələnlər 40 nəfəri sudan çıxara biliblər.

İran ABŞ-ın sanksiyalarına cavab olaraq nüvə proqramını bərpa etməyə hazırdır

İran ABŞ Prezidenti Donald Trampın nüvə proqramına görə tətbiq edilmiş sanksiyaların 2015-ci il Vyana sazişindən sonra dondurulma müddətini uzatmayacağı təqdirdə, onu bərpa etməyə hazırdır.

Xudaferin.euTASS agentliyinə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif CBS telekanalına müsahibəsində deyib.

Tramp mayın 12-də sanksiyaların növbəti müddətə dondurulması barədə qərar qəbul etməlidir. Əks təqdirdə, sanksiyalar avtomatik bərpa olunacaq.

Parisdə “Azərbaycanlı qaçqın uşaqlar” adlı fotosərgi açılıb

Parisdə “Sensespace” sosial innovasiyalar mərkəzində gənc fotoqraf Maya Bağırovanın “Azərbaycanlı qaçqın uşaqlar” adlı fotosərgisi açılıb.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, sərgidə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkün uşaqların fotoları nümayiş olunub.

“Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 112-ci ildönümü qeyd olunub

Naxçıvan şəhərindəki Cəlil Məmmədquluzadənin ev-muzeyində “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 112-ci ildönümü qeyd edilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə muzeyin direktor əvəzi Kəmalə Tahirova çıxış edərək mütərəqqi ideyaların carçısı olan “Molla Nəsrəddin” jurnalının Azərbaycan mətbuatı tarixində özünəməxsus yeri olduğunu bildirib.