21 April 2018

H.İ.Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

1. Hacıbala İbrahim oğlu Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 aprel 2018-ci il.

Xudaferin.eu

Ermənistanda nümayişçilər Zvartnos aeroportunun yolunu bağlayıblar

Ermənistanda nümayişçilər bu gün axşam saatlarında Zvartnos beynəlxalq aeroportuna aparan magistralı bağlayıblar.

Xudaferin.eu TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən kütləvi etiraz aksiyalarının 100-dək iştirakçısı aeroportun yolunu avtomobillərlə blokadaya alaraq hökumət əleyhinə şüarlar səsləndirir və polisin çağırışlarına məhəl qoymur.

Ermənistan müxalifətçiləri etiraz aksiyalarını bərpa etmək niyyətindədirlər

Müxalifətçi deputat Nikol Paşinyan Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyalarının şənbə günü səhər yenidən başlanacağını bəyan edib.

Xudaferin.eu RİA "Novosti"yə istinadla xəbər verir ki, etiraz hərəkatının lideri N.Paşinyan bildirib: "Sabah biz 11.00-da aksiyamıza başlayacağıq. Biz bu gün etdiyimiz kimi yolları bağlamaqda davam edəcəyik, amma bu dəfə daha geniş şəkildə".

Erməni deputat mitinqdən sonra İrəvanın mərkəzi küçələri ilə yürüş keçiriləcəyini də bildirib.

Abşeron rayonunun idmançıları Türkiyə, İran, Belarusda keçirilən beynəlxalq yarışlarda 19 medal qazanıblar

Abşeron rayonunda dövlət gənclər siyasətinin həyata keçirilməsi, idmanın kütləviliyinin təmin edilməsi sahəsində ciddi iş aparılır. Bu gün rayonda 6273 nəfər yeniyetmə və gənc idmanın 28 növü ilə məşğul olur. 2018-ci ilin üç ayı ərzində rayonun gəncləri 4 beynəlxalq və 23 respublika səviyyəli idman yarışlarında iştirak edib.

Azərbaycan və türk diasporları Türkiyənın milli suverenlik və uşaq bayramını Stokholmda birgə qeyd ediblər—FOTOLAR

Azərbaycanın və Türkiyənin İsveçdəki diaspor nümayəndələri Türkiyənın milli suverenlik və uşaq bayramını Stokholmda birlikdə qeyd ediblər.

İsveçdə fəaliyyət göstərən İsveç-Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə keçirilən tədbirdə diaspor fəalları, Azərbaycan səfirliyinin əməkdaşları, habelə ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Fitch Ratings”: Neft nəhənglərinin bərpaolunan enerjiyə sərmayə qoyuluşu artır

Neft nəhənglərinin bərpaolunan enerjiyə sərmayə qoyuluşu artmaqdadır.

Xudaferin.eu bildirir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin məlumatında deyilir. Bildirilir ki, bu investisiyaların artması nəticəsində dünyada elektrik enerjisi ilə işləyən avtomobillərin sayı artmağa başlayıb, eləcə də böyük şirkətlərin səhmdarlarının ətraf mühitin qorunmasına dair siyasətə həssas yanaşmalarına və karbon emissiyasının azaldılmasında birgə səylərin artmasına səbəb olub. Həmin sərmayələr daha çox külək və günəş enerjisinə yönəlib.

Avropa Liqası Kuboku Meksikada oğurlanıb

UEFA Avropa Liqasının kuboku Meksikanın Leon şəhərində ictimaiyyət üçün nümayiş olunacağı yerə aparılarkən oğurlanıb.

Xudaferin.eu xəbər verir ki, kubok “FedEx” şirkətinə məxsus nəqliyyat vasitəsindən oğurlanıb. Lakin polis kuboku iki gün ərzində taparaq təşkilatçılara təhvil verib.

Oğurluqda iştirak edən şəxslərin kimliyi hələ məlum deyil.

Xudaferin.eu

Milli Məclis Novruz Məmmədovun Azərbaycanın Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verib

Milli Məclis aprelin 21-də keçirilən iclasında Novruz Məmmədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 118-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən bu barədə qərar qəbul edib.

Həftəsonu bəzi bölgələrdə yağış, dağlıq ərazilərdə qar yağacaq

Azərbaycanda aprelin 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9°, gündüz 14-18° isti, Bakıda gecə 8-10°, gündüz 16-18° isti olacağı gözlənilir.

Rusiya Ukrayna ilə informasiya əməkdaşlığını dayandırıb

Rusiya və Ukrayna arasında informasiya sahəsində əməkdaşlıq haqqında müqavilə qüvvəsini itirib.

Xudaferin.eu xəbər verir ki, bu barədə Rusiya XİN-i bəyanat yayıb.

Sözügedən sənəd 1998-ci ilin fevral ayında imzalanıb. Həmin vaxt tərəflər informasiyanın geniş və azad şəkildə yayılması üçün əlverişli şərait yaratmağa və iki ölkənin kütləvi informasiya vasitələri arasında əməkdaşlığa vasitəçilik etməyə razılaşmışdı.

Bundan əvvəl, martın 21-də Ukrayna hökuməti Rusiya ilə iqtisadi əməkdaşlıq proqramıını ləğv etdiyini elan edib.

Suriyada Rusiya telekanalının müxbiri güllələnib—Foto

Dəməşqdə  Çeçenistanın “Qroznı” telekanalının ştatdan-kənar müxbiri həlak olub.

Xudaferin.eu xəbər verir ki, bu barədə Çeçenistan lideri Ramzan Kadırov öz “VKontakte” səhifəsində məlumat paylaşıb.

“Dəməşqdən acı xəbər gəldi. Cümə namazından əvvəl Dəməşqdə dəqiq atəşlə “Qroznı” teleradio şirkətinin Suriyadakı ştatdan-kənar müxbiri, Suriya vətəndaşı İhab Balan qətlə yetirilib”, - deyə Kadırov yazır.

Xudaferin.eu

Qazaxıstan ABŞ hərbçilərini Xəzərə buraxdı

Qazaxıstanın senatı  ABŞ-ın Xəzər dənizindəki Aktau və Kurık istifadə etməsinə icazə verən sazişi ratifikasiya edib. Sənədə görə, sözgedən limanlardan ABŞ hərbi yükünün Əfqanıstana daşınması məqsədilə istifadə olunacaq. 

Xudaferin.eu xəbər verir ki, bu barədə “Vestnik Kafqaza” məlumat yayıb.

Məlumata görə, Qazaxıstan marşrutu, ABŞ-ın təchizat xəttinin keçdiyi Pakistanda vəziyyətin qeyri-sabit olması ilə əlaqədar  seçilib.

“Üçü birində” qəhvədən qəhvə çıxmadı

“Roskontrol” Rusiyada “üçü birində” adı altında satılan qəhvənin yeddi brendini araşdırıb və belə bir nəticəyə gəlib ki, belə bağlamalarda demək olar qəhvədən əsər-əlamət yoxdur.

Xudaferin.eu “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat dərc olunub.

Mütəxəssislər “BonKafer Classic”, “Petrovskaya Sloboda”, “Jacobs Express coffee mix plüş+”, “MacCoffee”, “Nescafe Classic” və “Clever” ticarət nişanı ilə çıxan qəvhələri araşdırıb.