20 April 2018

Mayası gülüş və musiqi ilə yoğurulmuş ömür

Teatr sənəti insanlarda müxtəlif hisslər doğurur. Bu hisslər tamaşaçıları sevindirmək, düşündürmək, ürəkdən güldürmək, onlarda xeyirxahlığa və gözəlliyə məhəbbət oyatmaqdan ibarətdir. Aktyor tamaşaçı məhəbbəti qazanmağı, özünü unudub yalnız sənət üçün yaşamağı bacarmalıdır.

Qüdrətli gülüş ustası, Azərbaycan səhnəsinin parlaq ulduzu, xalqımızın sevimli sənətkarı Nəsibə Zeynalovanın həyat və yaradıcılığı bu cəhətdən çox qiymətli və təqdirəlayiqdir.

Gənc Tamaşaçılar Teatrının iki aktyoru beynəlxalq festivalın münsiflər heyətində təmsil olunur

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov və teatrın aktyoru, Azərbaycan və Kalmıkiyanın Əməkdar Artisti Şövqi Hüseynov aprelin 25-dən mayın 1-dək İran İslam Respublikasının Təbriz şəhərində keçiriləcək V Beynəlxalq Küçə Teatrları Festivalında münsiflər heyətində iştirak edəcəklər.

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin dəstəyi ilə Azərbaycan mədəniyyəti “Dünya MİREA-da” festivalında nümayiş etdirilib

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) dəstəyi ilə Azərbaycan mədəniyyəti Moskva Texnologiya Universitetində (MİREA) keçirilən “Dünya MİREA-da” beynəlmiləl festivalında nümayiş etdirilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, universitetin Azərbaycan Tələbə Klubunun nümayəndələri RAGB-nin dəstəyi ilə festivalda fəal iştirak ediblər.

Türkiyənin növbədənkənar seçki qərarı ABŞ-da gərginlik - yaradıb

ABŞ Xarici İşlər Nazirliyi sözçüsü Heather Nauert Türkiyədə keçiriləcək növbədənkənar seçkilərlə bağlı narahatlığını dilə gətirib.

Xudaferin.eu "A Haber"ə istinadən bildirir ki, qurum rəsmisi bu barədə Vaşinqtonda keçirilən mətbuat konfransında danışıb.
O, seçkilərin Türk qanunları və Türkiyənin Beynəlxalq öhdəlikləri ilə vəhdət şəklində, ədalətli, şəffaf, azad keçəcəyinin çətin olduğunu bildirib:

"Əlbəttə azad və şəffaf seçkilər görmək istəyirik, amma bu barədə narahatlığımız var".

Berlində yarım tonluq bomba tapıldı

 

Almaniyanın paytaxtı Berlində İkinci Dünya Müharibəsi dövründən qalmış yarım tonluq bomba səbəbiylə geniş miqyaslı axtarışlar başladılıb.

Xudaferin.eu xarici mediaya istinadən xəbər verir ki, şəhərin mərkəzi dəmiryol vağzalı Hauptbahnhofun yaxınlığında olan bombanın idarəli bir şəkildə partladılması üçün səhər saatlarından etibarən binalar boşalıdılıb.

Etirazların yeni dalğası: Ermənilər küçələrə axışır - FOTO + YENİLƏNİB

Ermənistanda Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz əlaməti olaraq keçirilən aksiyalar zamanı bu gün 83 nəfər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Xudaferin.eu bununla bağlı erməni KİV-ə istinadla xəbər verir.

“Hazırda polis bölmələrinə 83 nəfər aparılıb”, - Canoyan deyib.

Saxlanılanlar arasında Paşinyanın yaxın tərəfdaşlarından olan David Sanasaryan da var.

Serj Sarkisyandan:"Əgər eşitsəm ki, gələcək nəsillər Qarabağı Azərbaycana qaytarıb qəbirdən geri dönərəm"

"Əgər eşitsəm ki, gələcək nəsillər Qarabağı Azərbaycana qaytarıb qəbirdən geri dönərəm". 
Xudaferin.eu bildirir ki, bu sözləri Ermənistanın baş naziri Serj Sarkisyan Shant TV-yə müsahibəsində deyib.
"Qarabağ münaqişəsinin həll olunması üçün Azərbaycan boş xəyallardan əl çəkərək, güzəştə getməyə hazır olmalıdır. Bu məsələdə təkcə Ermənistanın güzəştə getməyindən heç bir söhbət gedə bilməz. Əgər dediklərim yerinə yetrilərsə onda Qarabağ  münaqişəsi həll olunacaq"-deyə Sarkisyan əlavə edib.

Azərbaycanda zəlzələ olub

Azərbaycan ərazisində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən Milli.Az-a verilən məlumata görə, aprelin 19-da Siyəzəndən 13 kilometr qərbdə, Şabran rayonu ərazisində 3,4 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar yerli vaxtla saat 22:17-də qeydə alınıb.

Zəlzələ episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Xudaferin.eu

ABŞ Senatı NASA-nın yeni direktorunu təsdiqləyib

ABŞ Konqressinin Senatı konqressmen namizədliyi prezident Donald Tramp tərəfində irəli sürülən Ceyms Braydenstaynı ölkənin Aeronavtika və Kosmik Məkanın Tədqiqi Milli İdarəsinin (NASA) direktoru vəzifəsinə təsdiqləyib.

Bu barədə Xudaferin.eu TASS-a istinadən xəbər verir.

Qeyd olunur ki, onun namizədliyi, demokratları qarşı çıxmasına baxmayaraq, lazımi səs çoxluğu ilə dəstəklənib.

Türkiyə parlamenti erkən seçki qərarını təsdiqlədi

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Hərəkat Partiyasının (MHP) erkən seçkilərin 2018-ci il 24 iyuna təyin edilməsi ilə bağlı qərarı parlamentin Konstitusiya Komissiyası tərəfindən qəbul edilib.

Xudaferin.eu bildirir ki, HDP-çilər iclasda protest elan etsələr də, CHP-nin də dəstəyi ilə qərar qəbul edilib.

 

Türk generallar ömürlük həbs olundu

Ankara məhkəməsi 2016-cı il iyul ayında dövlət çevrilişinə cəhddə iştirak etdiyinə görə, 47 hərbi qulluqçunu ömürlük azadlıqdan məhrum edib.

Xudaferin.eu axar.az-a istinadən bildirir ki, 27 hərbçi, o cümlədən iki general cinayət hallarının ağır olmasına görə, ömürlük cəzanı ciddi rejimli kolonda çəkəcək. Digər 20 müttəhim isə ümumi rejimli cəzçəkmə müəssisələrinə yerləşdiriləcək.