09 April 2018

İsveçdə Azərbaycan romanı

Vahid Qazinin “Çöl Qala“ romanı İsveçdə nəşr olunub. “Kirayənişinlər” (“Hyresgäster”) adı ilə “Diktonius Text” nəşriyyatında çapdan çıxan kitabı İsveç dilinə Umeo Universitetinin dosenti Səadat Kərimi çevirib.

“Belə gözəl, təsirli hekayəti oxumağa imkan yaratdığınız üçün Sizə təşəkkür edirəm”. Bu sözləri kitabın naşiri, yazıçı Ulf Diktonius tərcüməçi Səadət Kərimiyə məktubunda yazıb.

Bu, İsveç dilində nəşr olunan sayca üçüncü Azərbaycan romanıdı. İndiyədək 1973-cü ildə Qurban Səidin “Əli və Nino”, 2000-ci ildə isə Çingiz Abdullayevin “Qaranlıq simfoniyası” çap olunmuşdu.