08 April 2018

Ağdaban soyqırımından 26 il ötür

Bu gün Ağdaban soyqırımının ildönümüdür.

"Report"un xəbərinə görə, soyqırımın baş verməsindən 26 il ötür.

1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Azərbaycanın Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90 -100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.