05 April 2018

Ağstafada 25 mərmi tapılıb

Bu gün saat 13:21-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 13:41-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu Ceyrançöl qış otlaq sahəsinin 1-ci sovxoz adlanan ərazisində 25-30 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

 

Ermənistan ilin əvvəlindən Qarabağ münaqişəsi zonasında 15 hərbçisini itirib

2018-ci ilin əvvəlindən Ermənistan silahlı qüvvələrində xidmət zamanı 9 ölüm faktı qeydə alınıb. Ötən ilin analoji dövründə bu rəqəm 17 nəfər təşkil edib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, bunu Ermənistan baş prokurorunun müşaviri Qor Abramyan deyib.

Onun sözlərinə görə, daha 3 hərbçi ermənilərin təxribata əl ataraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutduğu zaman, 1-i intihar edərək, digər 2-si xəstəlikdən ölüb.

Düşmənin daha 3 hərbçisi isə yol qəzası, bədbəxt hadisə və xidmət qaydalarının pozulması nəticəsində ölüb.