03 April 2018

Ötən ay Azərbaycanda 1600-ə yaxın partlamamış hərbi sursat aşkarlanıb

2018-ci ilin mart ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Cəbrayıl, Goranboy, Xızı, Lənkəran, Tərtər, Yevlax rayonları və Sumqayıt şəhəri ərazisində 4,410,908 m2 (441.09 ha) ərazi yoxlanılıb, 1,541 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (cəmi 1,542 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə "Report"a ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Hindistan XİN başçısı Azərbaycana rəsmi səfər edəcək

Hindistanın xarici işlər naziri xanım Suşma Svarac aprelin 4-də Azərbaycanda rəsmi səfərdə olacaq. 

XİN-dən "Report"a verilən məlumata görə, səfər çərçivəsində nazir Suşma Svaracın azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşü və Qoşulmama Hərəkatının Nazirlər Konfrasında iştirakı nəzərdə tutulub.

Milli Azərbaycan Tarixi Muzeyinə Əfqanıstan xalçası hədiyyə olunub

İsraildə yaşayan həmyerlimiz Rauf Şalikoyeviç Zarbailov Şərq mədəni irsinin nümunəsi olan Əfqanıstan xalçasını AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edib. 

AMEA-nın mətbuat xidmətindən "Report"a bildirilib ki, 20-ci əsrə aid bu xalça muzeyin Etnoqrafiya Fonduna təhvil verilib.

Maddi-mədəniyyət nümunəsi Şərq kolleksiyasının zənginləşdirilməsi baxımından tarixi əhəmiyyətə malikdir.

xudaferin.eu