02 April 2018

Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından 25 il ötür.

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunub. Ərazisi 1936 kvadratkilometr, əhalisinin sayı isə təqribən 70 min olan Kəlbəcər rayonunun işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.