24 March 2018

Avropanın 20 ölkəsi Rusiya diplomatlarını ərazisindən çıxarmağa hazırlaşır

 Avropanın 20 dövləti "Sripal işi"nə görə, rusiyalı diplomatları ölkəsindən göndərməyə hazırdır.

"Report" "The Times" qəzetinə istinadən xəbər verir ki, Rusiyaya qarşı tədbirlər martın 26-da həyata keçiriləcək.

Qərb kampaniyası Avropa İttifaqının Moskvadakı səfirinin geri çağırılması ilə başlayacaq.

"İndiyədək misli görünməmiş və əlaqələndirilmiş şəkildə ölkə ərazisindən çıxarılma mərhələsi bazar ertəsindən Avropa İttifaqının Moskvadakı səfirinin 4 həftəlik geri çağırılması ilə başlanacaq", - deyə "The Times" yazıb.

Azərbaycan Ukrayna ilə hərbi əməkdaşlığı genişləndirib

 Azərbaycan Ukraynanın "Xüsusi Texnologiya İxracı" xarici ticarət müəssisəsi ilə əməkdaşlığı genişləndirib.

“Report” xəbər verir ki, bu barədə müəssisənin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, şirkət 2017-ci ildə 120 milyon dollar dəyərində hərbi məhsul satıb.

Satışın əsas hissəsini tərəfdaşların tələbatına uyğun olaraq, Ukrayna istehsalı olan müasir silah və texnikaların ixracı tışkil edib.