22 March 2018

İsveçrədə azərbaycanlı məktəblilər üçün bayram tədbiri keçirilib

İsveçrə Konfederasiyasının Leysin şəhərində yerləşən “Swiss American Academy” beynəlxalq məktəbində ilk dəfə Azərbaycandan iştirak edən məktəblilər üçün Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığındakı səfirliyinin dəstəyi ilə Novruz bayramı tədbiri keçirilib.

 

Şuşa Teatrı “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşasını açıq havada təqdim edəcək

Şuşa Dövlət Musiqili Dram Teatrı Novruz bayramı münasibətilə Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşasını təqdim edəcək. 

Bu barədə “Report”a teatrdan məlumat verilib. 

Tamaşa martın 23–də Fəvvarələr meydanında (Nizami adına Ədəbiyyat İnstitutunun arxası) təqdim olunacaq.

Tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Loğman Kərimovdur.

xudaferin.eu

Xadimə, dalandar, bağban, gözətçi və ocaqçıların maaşları 20 manat artırılıb

Azərbaycanda dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.

“Report”un xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadəimzalayıb.