19 March 2018

Azərbaycanın Beynəlxalq Sərgilər Bürosuna üzv olmasından 10 il keçir

Azərbaycanın Beynəlxalq Sərgilər Bürosuna (BSB) üzv olmasından 10 il keçir.

 

APA-nın məlumatına görə, Azərbaycan artıq 18 ildir Ekspo Hərəkatının fəal üzvüdür və ilk dəfə 2000-ci ildə Hannoverdə keçirilən “Universal Expo”da iştirak edib.

 

Azərbaycan 19 mart 2008-ci ildə isə Beynəlxalq Sərgilər Bürosuna üzv olub.

 

 

Kaliforniyada Novruz qeyd edilib - FOTO

Novruz bayramı münasibətilə martın 17-də Kaliforniyanın Los Anceles şəhərində geniş tədbir keçirilib. Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının (California Azerbaijan Friendship Association - CAFA) təşkilatçılığı ilə keçirilən tədbirdə 250-dən çox qonaq, o cümlədən Azərbaycan icmasının üzvləri, Kaliforniya ştat rəsmiləri, müxtəlif xarici ölkələrin Los Ancelesdəki baş konsulları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, həmçinin dost yəhudi, türk, Pakistan, İran, Koreya, və latino icmalarının rəhbərləri iştirak ediblər.

 

Sabahdan Novruz tətili başlayır

Sabahdan, martın 20-dən Azərbaycanda Novruz bayramı tətili başlayır.

“Report” xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 7 qeyri-iş günü olacaq. Belə ki, martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 24-ü həftənin şənbə gününə təsadüf etdiyindən, martın 26-sı da qeyri-iş günüdür.

Martın 27-si isə iş günüdür.

Beləliklə, bayramla əlaqədar 7 gün iş olmayacaq.

xudaferin.eu

Gecə cəbhədə nə baş verib? Nazirlik açıqladı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 102 dəfə pozub.

Müdafiə Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Məzəm, Bala Cəfərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.