17 March 2018

Ermənistan silahlı qüvvələri atəşkəsi 115 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 115 dəfə pozub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Si Cinpin yenidən Çin Xalq Respublikasının sədri seçilib

Ümumçin Xalq Nümayəndələri Məclisinin deputatları Si Cinpini yenidən Çin Xalq Respublikasının sədri seçilməsinin lehinə səs veriblər.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, eyni zamanda Si Cinpin Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının sədri seçilib. Mərkəzi Hərbi Şura Çin Xalq-Azadlıq ordusuna rəhbərlik edir. Qurum fəaliyyətini Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Hərbi Şurası ilə paralel olaraq həyata keçirir.