09 March 2018

Şəhər döyüşləri başlayır – "Mehmetcik"i qələbəyə aparacaq 3 mərhələli PLANIN DETALLARI

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağ"ı əməliyyatı 49-cu günündə müvəffəqiyyətlə davam edir. Martın 3-də Raco, 4-də Şeyx Hədid qəsəbələrini PKK/PYD terrorçularından təmizləyən Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) birlikləri dünən Cinderesin mərkəzinə daxil olub.

Bununla da Afrin ətrafındakı mühasirə halqası daha da daralıb.

Azərbaycan Ordusu 25 min hərbçi, hərbi texnikasını döyüş meydanına çıxarır

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 12-dən 17-dək müdafiə nazirinin rəhbərliyi altında müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.