07 February 2018

Yarım saat ərzində işğal ediləcəkdi –Müharibə planını ortaya çıxdı - FOTOFAKT

Xarici dünyaya qapalı olması səbəbilə "sirli ölkə" adlandırılan Koreya Xalq Demokratik Respublikasından (KXDR) çəkilən yeni peyk şəkilləri ölkə lideri Kim Çen İnın planını ifşa edib.

Cənubi Koreya sərhədinə çox yaxın bir bölgədə yerləşən Yongbong-Ni hərbi obyektindən çəkilən peyk görüntüləri bölgənin Şimali Koreyanın cənub qonşusuna hücumu üçün yenidən dizayn edildiyini üzə çıxarıb.

Moskvada erməni təxribatının qarşısı alınıb

Moskvadakı beynəlxalq ərzaq sərgisində erməni təxribatının qarşısı alınıb.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Moskvada keçirilən "Prodexpo 2018" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın işğal altında olan Xankəndi şəhərində fəaliyyət göstərən "Stepanakert Konyak Zavodu”nun iştirak üçün müraciətinə və sərginin kataloquna şirkətin adının daxil olunmasına İqtisadiyyat Nazirliyi tərəfindən dərhal reaksiya verilib.