17 January 2018

Azərbaycanda saxlanılan rusiyalı alim ölkəsinə qayıdıb

Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun Azərbaycanda saxlanılan əməkdaşı Dmitri Çulkov ölkəsinə qayıdıb.

Rusiyanın Azərbaycandakı səfirliyindən APA-ya bildirilib ki, Rusiya vətəndaşı Dmitri Çulkov artıq Rusiya Federasiyası ərazisindədir.

Qeyd edək ki, Rusiya mətbuatı Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun əməkdaşı Dmitri Çulkovun yanvarın 5-də Azərbaycanda itkin düşməsi barədə məlumat yayıb.

BMT-nin bu il üçün prioritetlərindən biri Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq

BMT Baş katibi Antoniu Quterriş təşkilatın 2018-ci il üçün fəaliyyətinin 12 əsas istiqamətini açıqlayıb.

"Report" xəbər verir ki, A.Quterriş Baş Assambleya üzvlərinə müraciətində baş katib vəzifəsində işlədiyi il ərzində bəşəriyyətin sülhə doğru addım atmadığını xatırladıb.