14 January 2018

İslam Respublikasında birinci posta namizəd axtarışları və əsas namizəd barədə: Xomeyni hakimiyyət olimpinə doğru irəliləyir

İranda etirazlar başa çatsa da, təsirləri hələ də davam edir. Məlum olduğu kimi, İran polisi saxlanılan şəxslərin əksəriyyətinin azad edildiyi, bəzilərinə qarşı isə rəsmi ittiham irəli sürüldüyünü bəyan edib.

Türkiyə Suriya sərhədinə hərbi texnika cəmləşdirir

Türkiyə Hatay əyalətində Suriya ilə həmsərhəd əraziyə tanklar da daxil olmaqla hərbi texnika cəmləşdirir.  

 

APA-nın “Anadolu”ya  istinadən verdiyi xəbərə görə, Türkiyə ordusundakı mənbə tankların sərhəd qoşunlarını gücləndirmək məqsədi ilə göndərildiyini bildirib.  

 

“Anadolu” əməkdaşı 5 tankı daşıyan yük maşınlarından ibarət avtomobil karvanını çəkib.

   

Daha bir jurnalist öldürüldü

Meksikanın Tamaulipas ştatında dərc edilən “Diario de Nuevo Laredo” nəşrində çalışan  jurnalist Karlos Dominqes qətlə yetirilib.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, K.Domonqes şəxsi avtomobilini idarə edərkən naməlum şəxslər tərəfindən öldürülüb. İnsident zamanı onun yanında qızının olduğu bildirilir. K.Dominqes siyasi mövzularda köşə yazılarının müəllifi olub.  

 

Baş Prokurorluq araşdırmalara başlayıb.

 

Ermeniler ayaga qalxir: Serkisyan sozunu tutmadi…

Ermənistanda seçkiqabağı vəziyyət kifayət qədər mürəkkəbdir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. O bildirib ki, bir tərəfdən Sərkisyan verdiyi vədləri yerinə yetirməyib, yəni qondarma respublikadakı referendum heç bir dövlət tərəfindən tanınmayıb, digər tərəfdən isə Surix protokolları faktiki olaraq puça çıxıb: