07 January 2018

Açıq səma altında yeni Arxeologiya Muzeyi yaradılacaq - Gəncədə

Gəncədə Heydər Əliyev Park Kompleksindəki ərazidə aşkarlanan və son tunc dövrünə aid, yaşı təxminən 3300 il olan kurqanların üzərində açıq səma altında Arxeologiya Muzeyi yaradılacaq.

Xudaferin.eu-nun məlumatına görə, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən 2015-ci ildən başlayaraq kompleksin ərazisində tədqiqatlar aparılıb. AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin sözlərinə görə, ilkin tədqiqatlar nəticəsində şəhər ərazisində 62 kurqan qeydə alınıb və onlardan dördü ötən il elmi tədqiqata cəlb edilib.

Tərtərdə əl qumbarası tapıldı - FOTOLAR

Tərtər rayonu ərazisində 1 ədəd əl qumbarası tapılıb.

Bu barədə Metbuat.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilir ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tərtər rayonu, Yuxarı Qaradağlı kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

"Twitter" Donald Trampın hesabını əngəlləməyəcək

"Twitter" sosial şəbəkəsi məlumatlara çıxışı qoruyub saxlamaq üçün "dünya liderləri"nin uçot qeydlərini əngəlləməyəcək.

Bu bəyanatla servis istifadəçilərinin KXDR-i nüvə silahı ilə hədələyən ABŞ prezidenti Donald Trampın hesabının əngəllənməsinə dair çağırışlarından sonra şəbəkə administrasiyası çıxış edib.

"Dünya liderinin "Twitter"də əngəllənməsi və ya onların mübahisəli tvitlərinin silinməsi insanlardan görməli və müzakirə etməli olduqları mühüm məlumatları gizlədəcək", - deyə şirkətin bloqunda dərc olunan bəyanatda bildirilir.

Jurnalistlər döyülür, təhqir olunur -Ermənistanda media böhranı

Ermənistanda jurnalistlərə qarşı zorakılıq faktları getdikcə artır. Statistik məlumatlar göstərir ki, jurnalistlərə qarşı zorakılıq halları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən lazımi cəzalar tətbiq edilmir.

Ermənistanda ötən il aprelin 2-də parlament seçkiləri zamanı jurnalistlərə qarşı 2 fiziki zorakılıq və 9 təzyiqetmə faktı qeydə alınıb.

Mayın 14-də isə İrəvanda mer seçkiləri zamanı jurnalistlərə qarşı 3 zorakılıq halı, ümumilikdə isə 7 fakt baş verib.

Saakaşvili Ukrayna Təhlükəsizlik Xidmətinə ifadə verməyə çağırılıb

Gürcüstanın eks-prezidenti və Ukraynanın Odessa vilyətinin keçmiş qubernatoru Mixail Saakaşvili yanvarın 10-da Ukrayna Təhlükəsizlik Xidmətinə ifadə verməyə çağırılıb.

Xudaferin.eu  “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Saakaşvilinin vəkili Ruslan Çernolutski deyib.

Vəkilin sözlərinə görə, Saakaşvili və onun müdafiəçiləri bütün müvafiq sənədlərin zəruri şəkildə rəsmiləşdirildiyi və bütün prosedurların qanunun tələblərinə uyğun keçiriləcəyi təqdirdə ifadə vermək üçün gəlməyə hazırdırlar.

Xudaferin.eu