12 December 2017

Görkəmli tarzən Ramiz Quliyev Tehranda ustad dərsləri keçəcək

Görkəmli Azərbaycan tarzəni Ramiz Quliyev Tehranın Mədəniyyət və İncəsənət Universitetində ustad dərsləri keçirəcək.

Bu barədə məlumat verən universitetin rektoru Susan Tağıpur bildirib ki, dekabrın 16-da və 17-də keçiriləcək ustad dərslərində tələbələrlə yanaşı, gənc müəllimlər də iştirak edəcəklər.

Dekabrın 21-də və 22-də isə Tehranın “Vəhdət” Mədəniyyət Sarayında Ramiz Quliyevin konserti olacaq. Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri səsləndiriləcək.

Rabil Kətanov

AZƏRTAC

Nigeriyada ölkəmizlə bağlı təqdimat keçirilib— FOTO

Azərbaycan Dostları Təşkilatı tərəfindən Nigeriyada ölkəmizlə bağlı təqdimat keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə müxtəlif ölkələrin diplomatik korpuslarının nümayəndələri, media təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Məqsəd Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, iki ölkə arasındakı mədəni əlaqələri daha da genişləndirməkdir.

Çıxış edən təşkilatın vitse-prezidenti, "Agility Logistics" şirkətinin direktoru Zaur Mansurov belə təqdimatların Azərbaycan mədəniyyətinin, incəsənətinin tanıdılmasına xidmət etdiyini bildirib.

Узбекская группа сняла клип на песню из азербайджанского фильма «Свекровь» – ВИДЕО

Музыкальная группа из Узбекистана "Санъат" недавно презентовала клип "Кайнона", снятый на песню из известного азербайджанского фильма "Свекровь". В с юмором разыгранный исполнителями сюжет клипа вплетены и фрагменты из самой комедии, где в главной роли снялась незабвенная Насиба Зейналова.

Как сообщает Xudaferin.eu со ссылкой на day.az, aзербайджанский фильм "Свекровь" известен и популярен в Узбекистане, он дублирован на узбекский язык и часто демонстрируется по местному телевидению.

İstanbulda 20 mindən çox polis işdən azad edilib

Türkiyədə Fəthulla Gülən tərəfdarlarına qarşı əməliyyatlar başladıqdan sonra İstanbul polis orqanlarından 22 987 nəfər işdən azad edilib.

Xudaferin.eu-nun məlumatına görə, xidmətdən azad edilən bütün şəxslərin Gülən hərəkatı ilə ilə birbaşa əlaqələrinin olduğu müəyyənləşib.

Qeyd edək ki, 2016-cı ilin iyul ayında Türkiyədə hərbi çevriliş cəhdi baş verdikdən sonra İstanbul polisində F.Gülən tərəfdarlarının olduğu üzə çıxmışdı.

Xudaferin.eu

Avropa Məhkəməsi QƏRAR verdi: Ermənistan azərbaycanlı məcburi köçkünlərə təzminat ödəməlidir

Avropa İnsan Haqları Məhkəməsinin Böyük palatası “Çıraqov və digərləri Ermənistana qarşı” işi barədə yeni qərar verib.

Bu barədə Trend məhkəmənin saytına istinadən məlumat verir.

Qərarda bildirilir ki, Ermənistan hökuməti vurduğu maddi və mənəvi ziyana görə 6 şikayətçinin hər birinə 5 min avro və ümumi xərclərə görə 28 642 funt sterlinq təzminat ödəməlidir.

İtaliyada mafiya həbsləri - 48 nəfər saxlanıldı

İtaliyanın Recco Kalabriya şəhərində polisin mafiyaya qarşı keçirdiyi əməliyyat nəticəsində 48 nəfər saxlanılıb.

Xudaferin.eu-nun məlumatına görə, 44 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 4 nəfər ev həbsinə məhkum edilib.

Saxlanılanlar qanunsuz qruplar yaratmaqda, qanunsuz silah saxlamaqda, şantaj və “ndrangeta” mafiya təşkilatının xeyrinə fəaliyyət göstərməkdə ittiham olunub.

Bundan başqa, polis tərəfindən 25 milyon avro dəyərində əmlak müsadirə olunub.

Xudaferin.eu

Azərbaycanda bu məhsullar bahalaşıb - SİYAHI

2017-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşıb.

Məlumata görə, cari ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri 0,3 faiz bahalaşmış, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

Rusların bu həmləsi Türkiyənin önünü açdı - Afrin əməliyyatı

Vladimir Putinin rus ordusunu Suriyadan çıxarmaq barədə əmri yeni siyasi və hərbi vəziyyət yaradıb.

Xudaferin.eu xəbər verir ki, Putinin bu əmri Afrin bölgəsində vəziyyəti dəyişdirəcək. Hələ 300 rus əsgərinin olduğu Afrin 2012-ci ildən PKK-nın işğalı altındadır.

Rus əsgərlərinin geri çəkilməsi Türkiyənin hazırlıqlarını gördüyü Afrin əməliyyatı üçün son mərhələ ola bilər.

Xudaferin.eu

Kaliforniyada meşə yanğınları genişlənir

Kaliforniyada yanğının miqyası genişlənir.

Xudaferin.eu-nun məlumatına görə, hazırda yanğınların əhatə etdiyi ərazilər Nyu-York şəhərindən böyükdür.

Alov 93 min hektar əraziyə yayılıb. Bölgədə əsən güclü külək yanğının hər gün demək olar ki, 20 min hektar əraziyə yayılmasına səbəb olur.

Bu ştat tarixində şiddətinə görə 5-ci yanğın sayılır. Alovla mübarizə zamanı bir neçə yanğınsöndürən xəsarət alıb. Xilasedicilər yanğın nəticəsində həyatını itirən 70 yaşlı qadının cəsədini aşkarlayıblar.

Xudaferin.eu

137 uşaq təcili olaraq Suriyadan təxliyə edilməlidir - BMT

BMT Suriya paytaxtı Dəməşq yaxınlığında üsyançıların nəzarəti altındakı ərazilərdən 137 xəstə uşağın təcili təxliyəsinə dair çağırış edib.

Xudaferin.eu-nun məlumatına görə, Şərqi Qutaya baş çəkən nümayəndələr bildirib ki, ərazidə səhiyyə ilə bağlı vəziyyət 2011-ci ildə böhranın başladığı zamandan bəri ən acınacaqlı səviyyədədir.

Qeyd edək ki, Şərqi Quta 2013-cü ildən bəri ordu tərəfindən mühasirədə saxlanılır.

Xudaferin.eu

Dünyada silah satışı son beş ildə ilk dəfə artıb

2016-cı ildə dünyanın ən iri 100 hərbi sənaye kompaniyasının silah satışının və hərbi xidmətlərinin həcmində son beş ildə ilk dəfə olaraq artım baş verib.

Xudaferin.eu xəbər verir ki, bu barədə 2002-ci ildən silah satışlarının statistikasını dərc edən dünya problemləri üzrə Stokholm institutu məlumat yayıb. Statistikaya əsasən, 2016-cı ildə satışların ümumi həcmi 374,8 milyard dollar həcmində olub ki, bu da 2010-cu illə müqayisədə 1,9 faiz, 2002-ci illə müqayisədə isə 38 faiz çoxdur.

Böyük Britaniya “Brexit”ə görə 35-39 milyard funt sterlinq ödəyəcək

Böyük Britaniya Avropa Birliyindən çıxmaq üçün quruma 35-39 milyard funt sterlinq ödəyəcək.

Xudaferin.eu-nun məlumatına görə, bunu Böyük Britaniyanın baş naziri Tereza Mey deyib:

“Ödəniş məbləği artıq müəyyən edilib. Hesablamalara görə, söhbət 35-39 milyard funt sterlinqdən gedir”.

Eyni zamanda Mey bildirib ki, ödənişlə bağlı məsələlər Avropa Birliyi ilə geniş müzakirə çərçivəsində müzakirə ediləcək

Xudaferin.eu

Ruhani Səudiyyə Ərəbistanı qarşısında 2 şərt irəli sürdü

İran prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanı ilə münasibətlərin yaxşılaşması üçün şərtləri açıqlayıb.

Xudaferin.eu-nun məlumatına görə, o bildirib ki, Ər-Riyadın İsraillə əlaqələr qurması və Yəməndəki hərbi əməliyyatları davam etdirməsi Tehran narazı salan əsas məsələlərdir.

Səudiyyə Ərəbistanı bu iki məsələyə son qoyarsa, Tehranla Ər-Riyad arasındakı gərginlik aradan qalxacaq.

Ruhani Ər-Riyadı xarici siyasətlə bağlı planlarını yenidən nəzərdən keçirməyə çağırıb.

Xudaferin.eu

Ərdoğan və Putin açıqladı— Qərb ölkələri bu xəbərlə TİTRƏDİ

Gələn həftə Türkiyə və Rusiya s-400 hava hücumundan müdafiə sistemlərinə dair danışıqları yekunlaşdıracaq.

Xudaferin.eu-nun məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Ankarada təşkil olunan birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, demək olar ki, tərəflər bütün detalları razılaşdırıb.

Kreml rəhbəri də bunu təsdiq edib.Bu məlumat qərb mediasında son dəqiqə xəbəri kimi verilib.

Qeyd edək ki, başda ABŞ olmaqla qərb ölkələri NATO üzvü olan Türkiyənin Rusiyadan raket qurğuları almasına qarşı çıxır.

Məhkəmə Saakaşvilini həbs etməkdən imtina edib

Kiyev məhkəməsi Odessa vilayətinin sabiq başçısı və Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin etməyib.

Xudaferin.eu-nun məlumatına görə, hakim Saakaşvilini Ali Rada deputatlarının zaminliyi ilə sərbəst buraxıb.

Məhkəmənin növbəti iclası dekabrın 14-də keçiriləcək.